Təbrik:Zakif Abbasov- 52




AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini, müharibə veteranı,səmimi,gözəl və xeyirxah insan Abbasov Zakif Abbas oğlunun iyun ayının 9 -da  doğum günüdür. Belə bir əlamətdar gün   münasibətilə Zakifi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi, AVMVİB Zəngilan rayon şöbəsinin sədri, doğmaları, iş və döyüşcü yoldaşları  təbrik edir,ona cansağlığı, bundan sonrakı işlərində uğurlar arzulayırlar.
Zakif Abbasov 1990 - cı ildə həqiq hərbi xindətə çağırılmış və xidmətini Daxili işlər nazirliyi Daxili Qoşunlarda başlamışdır. Vətənimizə erməni işğalçılarının hücunlarının qarşısının alınmasında Daxili Qoşunların tərkibində Ağdam rayonuna ezam olunmuş və döyüşlərə qatılmışdır. İlk dəfə Ağdam rayonunun Papravəndə kəndində yaralanaraq hospitala göndərilmiş və müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtmışdır. 1992 ci ildə Daxili qoşunların tərkibində Zəngilan rayonua ezam olunmuş, Qazançı kəndində xidmətə başlamışdır. Burdada ağır döyüş yolu keçən Zakif döyüşlərin birində ikinci dəfə qəlpə yaraları alaraq hospitala göndərilir və sağaldıqdan sonra xidmətini davam elətdiril. 1992 ci ildə həqiqi hərbi xidmətini başa vuran Zakif Abbasov Zəngilan rayon polis bölməsinə qəbul olunur və burda polis nəfəri kimi xidmətə başlamışdır. 1993 cü ilin aprel ayının 10 da uğurlu  Kilsə əməliyyatında iştirak etmiş  və Qafan rayonunun 4 kəndi ermənilərdən azad edilmiş  və bu döyüşdə şücaət göstərmişdir. Lakin bilinməyən səbəblərdən geri çəkilin əmiri gəlir.  Döyüşçülərimiz geri qayıdanda Zakif 3 cü dəfə hər iki ayağından güllə yarası alır. Yenə hərbi hospitala müalicəyə göndərilən igid döyüşçü sağaldıqdan sonra xidmətinə davam edir. 1993 cü il Oktyabrın 25 erməni işğalçılarının Cəbrayıl rayonu  istiqamətindən Zəngilan rayonuna hücumu başlayır və Zakif gili həyəcan siqnalı ilə Cəbrayıl rayonunun Dərzili kəndinə döyüşə aparıtlar. Burda qızğın döyüş başlayır və Zəngilanlı döyüşçülər  düşmənə müqavimət göstərirlər. Həm Milli ordu həm də polislərimiz düşmənə lazımi cavabı verirlər. Düşmən xeyli sayda texnika ilə əli avtomatlı döyüşçülərimizə hücum edir və qeyri bərabər döyüşdə igidlərimiz xeyli şəhid verir və xeyli yaralımız olur. O ağır yaralılar içərisində 4 dəfə ağır yaralanan Zakif qardaşımız da var idi. Zakifi  helikopterlə təcili Bakı şəhərinə çatdırılır və hospitala yerləşdirilir. 6 ay müalicə olunduqdan  yenidən  Füzuli rayonunun Babı kəndində yerləşən Zəngilan polisində xidmətə başlayır və bir neçə ildən sonra Zəngilan polisindən təqaüdə çıxır. Hal hazırda Zakif 2 ci qrup müharibə əlilidir.
AVMVİB -in Zəngilan rayon şöbəsi nin sədri Azad Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages