Təbrik:Tibb xidməti mayoru Eteri Əliyeva

 


Həmişə müqqədəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fəriqlən, fədakarlığı  ilə  vətəndaşlığın   əsas meyarı hesab  edən , cəfakeş həkimlərmizdən biri olan -istefada olan tibb xidməti mayoru Əliyeva Eteri Vladimir qızının iyun ayının  27-də dünyaya göz açdığı gündür.

Belə bir əlamətdar gün münasibətilə  daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, ali dərəcəli həkim-istefada olan tibb xidməti mayoru Eteri  Əliyevanı Daxili İşlər Nazirliyi  Daxili  Qoşunların  ehtiyatda və istefada olan zabitləri, (tibb işciləri) doğmaları, əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yolarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Eteri xanım qoy  yaşnızın üstə gələn bu yaş da   sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
    
Ali dərəcəli peşəkar  həkim,tibb xidməti mayoru Əliyeva Eteri Vladimir qızı  1969 -cu ilin iyun ayının  27-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. Əslən Gürcustan Respubilkasının  Axılçexie və Axalkalakı rayonlarındandır.
Şərəfli xudməti ilə  insanların (hərbi qulluqçuların, müdavimlərin, veteranların  və şəhid ailələrinin)  hörmətini qazanan Eteri həkim,  1987- ci ildə  2 dəfə  Sovet İttifaqı  Qəhramanı olan Həzi Aslanov adına Bakı şəhər Yasamalı rayon orta məktəbi, 1993 -cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitunu bitrib.
Eteri xanım   Daxili Nşlər Nazirliyinin  Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində dəfələrlə  həkimlərin təhkimləşdirmə İnstitutunda müvafiq ixtisasartırma kurslarında olub. 
 Tibb xidməti mayoru Əliyeva Eteri Vladimir  qızı  1993- 2009-cu illərdə Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov  rayonlarında yerləşən hərbi hospitalın psixiatriya şöbəsində  nevropatoloq həkim-baş ordinator vəzifəsində Millətə,Vətənə,Dövlətə  və Xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156-cı maddəsinin  v) bəndinə  əsasən xəstəliyə görə- Silahlı Qüvvələrdən ehtiyata buraxlıb.
 Öz yüksək peşəkarlığız humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, xoş sifəti,qayğıkeşkiyi, təmkinliyi, vətənpərvərliyi,iradı, mənəvi keyfiyyətləri  eləcə də gözü- könül toxluğu  ilə sayılıb seçilən, həkimlərmizdən biri olan- istefada olan tibb xidməti mayoru Əliyeva Eteri Vladimir qızı  Daxili Qoşunların kollektvində mehriban ana, qayğıkeş həkim və fədakar zabit kimi tanınıbdır. Ürək açan xidməti fəaliyyəti ilə şəxsi heyətin dərin rəğbətini qazanıb.
Müstəqil Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  hərbi hospitalinda nevropataloq vəzifəsində xidmət etdiyi illər ərzində   tibb xidməti mayoru Əliyeva Eteri Vladimir qızı Azərbaycan Respublikasının  Konstitusiyasına və qanunlarına  əməl etməkdə, Hərbi Andın, hərbi və daxili  qoşunların döyüş xidməti  nizamnamələrin  tələblərinin  dəqiq və sözsüz  yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmiş, hippokrat adnına isə həmişə  sadiq qalmışdır.
 Eteri xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
 Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarına və hərbi hospitalına həvalə olunmuş vəzifə  və  tapşırıqların yerinə yetirilməsində Eteri həkim  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə  yerinə yetirmişdir.

Öz xidməti vəzifə borclarının icrasına məsuliyyətlə yaşadığına görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin ( hospital rəisinin) müvafiq əmrləri ilə  əlacı  və yubiley döş nişanları və pul mükafatları ilə  təltif olunub, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
 Hərbi xidmətdə  xüsusi xidmətlərininə və hərbi xidmət  keçdiyi dövrdə göstərdiyi digər  xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı  meallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medaı ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin  10-iliyi (1991-2001)”  yubiley medalı ilə;
 4.”Azərvaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə.

55 İLLİK YUBLEY GÜNÜZ MÜBRƏK OLSUN ETERİ HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibəi Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages