Azərbaycan Respubilkasının Hərbi- Hava Hücumundan Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst - xətti və xüsusi xifmətləri olmuş, yüksək hərbi peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti, vətənpərvərliyi, sadəliyi,xeyirxahlığı, səmimiyyəti , dəqiqliyi, təmkinliyi, insanpərvərliyi və təşkilatclıq bacarığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan Ordusunda və Daxili Qoşunlarda keçirmiş, hörmətli müharibə veteranmız- istefada olan polkovnik-leytenant Rəhimov İmran Hüşəm oğlunun iyun ayının 9 -da dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar gün münasbətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - Azərbaycan Respubilkasının Müharibə Veteranı polkovnik - leytenant Rəhimov İmran Hüşəm oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, dostları,onun iş və doyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,İmran müəllim qoy hər yeni yaşınız sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik- leytenant Rəhimov İmran Hüşəm oğlu 1967 - ci ilin iyun ayının 9-da Göycay rayonun Kürdşaban kəndində zəhmətkeş bir ailədə anadan olub.
1984-cü ildə Göycay rayon Kürdşaban kənd orta məktəbi, 1989-cu ildə SSRİ Hava Hücumundan Müdafiə Qoşunların İrkutski Ali Hərbi Avasiya Mühəndislər məktəbini bitrib.O, Azərbaycan Ordusunda və Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarında, hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq ixusasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1989-1991-ci illərdə SSRİ Hərbi- Hava Hücumundan Müdafiə Qoşunlarında müxtəlif vəzifələrdə olub.
1992-2004-cü illərdə Azərbaycan Respubilkası Müdafiə Nazirliyin Hərbi- Hava Hücumundan Müdafiə Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb.2004-ci ildə Hərbi-Hava Hücumunda Müdafiə Qoşunlarından istiqamətlər üzrə ucuşa nəzarət şöbəsindən öz arzusuna görə Azərbaycan Silahlı Qüvvələrdən ehtiyata buraxlıb.
2011 – 2015- ci illərdə öz hərbi ixtisası üzrə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında hərbi hissə komandirinin aviasiya və mühəndis işləri üzrə müavini vəzifəsində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Polkovnik - leytenant Rəhimov İmran Hüşəm oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerinə yetirib. Müharibə Veteranıdır.
O,Azərbaycan Ordusunda və Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Hərbi -Hava Hücumundan Müdafiə Qoşunlarına və Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və səmərəli fəaliyyətinə görə SSRI və Azərbaycan Respublikası Müdafiə Nazirlərinin, Daxili İşlər Nazirinin, Hərbi-Hava Hücumundan Müdafiə Qoşunlar Komandanın,Daxili işlər nazirinin müavini- Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir çox diplomlarla, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları İmran müəllimi vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə polkovnik leytenat Rəhimov İmran Hüşəm oğlu aşağıdakı medallarla təltif olunub:
1."SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ( 1918 - 1988)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001 )”yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95-illiyi (1918-2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə "2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə ğörə "1 -ci dərəcəli medalı -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İMRAN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, SAĞLAM YAŞA
Azərbaycan Respubilkası Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder