Daxili işlər orqanlarının həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti, səmərəli fəaliyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 37 - ildən çox şərəfli xidmət yolunu Daxili işlər orqanlarında keçirmiş, istefada olan polkovnik- leytenant Ağayev Xanlar Tapdıq oğlunun iyun ayının 20 -də 72 yaşı tamam olur.
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Qəbələ rayon şöbəsinin sədr müavini, Yasamalı rayon polis idarəsində polis veteranları şurasının sədri, müharibə veteranı- istefada olan polkovnik - leytenantı Ağayev Xanlar Tapdıq oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,AVMVİB-in Qəbələ rayon şöbəsinin idarə
heyəti və üzvləri, doğmaları,yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzulayır.
Polis polkovnik - leytenantı Ağayev Xanlar Tapdıq oğlu 1952 - ci ilın iyun ayının 20- də Azərbaycan Respublikasının Qəbələ rayonun Tüntül kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.Xanlar Ağayevin oğlu baş gizir Ruslan Ağayev uzun müddət Daxili Qoşunların Nərmanov,Xəzər və Sabuncu rayonlarda yerləsən hərbi hissələrdə və ali hərbi məktəbdə müxtəlif vəzifələrdə xidmət edib.
Polkovnik-leytenant Xanlar Ağayev oğlu 1970 - ci ildə Bakı şəhər 8 nömrəli tibb kollecini, 1978 - cı ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitunu bitirib.
Xanlar Ağayev Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində , Daxili işlər nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, xüsusi - taktiki təlimlərdə , komando - qərargah məşqlərində, müvafiq ixisasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1970 -1972 - ci illərdə Sovet Ordusunnda müddətli həqiqi hərbi xidmətdə olub.
1973-2018-ci illərdə Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Xanlar Ağayev Daxili İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra 2018 - ci ildən etibarən Yasamalı rayon polis idarəsində polis veteranlar şurasının sədri,2021-ci ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Qəbələ rayon şöbə sədrinin müavini vəzifəsində ictimai vəzifələri yerinə yetirir.
Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Polkovnik leytenant Xanlar Ağayev cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və iclah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,fövqalədə hallar (fövqalədə vəziyyət və komendat saatı zamanı) o, cümlədən əməliyyat şəraitinin təhlili, idarəçilik mexanizminin təkmilləşdirilməsi, kompleks tədbirlərin hazırlanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir, bu illərdə bir çox polis əməkdaşın yetişməsində xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxandan sonra da şəxsi heyətin hərbi - vətənpərvərlik tərbiyəsində və peşəkarlığın artırılmasında yüksək səviyyədə bir çox işlər görür.Polis veteranı kimi daxili işlər orqanlarının ictimai həyatında yaxından iştirak edərək, zəngin həyat və xidməti təcrübəsini daimi gənclərlə bölüşur.
Xanlar Ağayev daxili işlər orqanlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox polis əməkdaşlarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın, Daxili işlər nazirliyinin post - patrul və əintizam nizamnamələrinin tələblərinin əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə olmuşdur.
Polkovnik leytenat Ağayev Xanlar Tapdıq oğlunun polis yoldaşları onu vətənpərvər, cəsarətli, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum-əqrəba, dost - tanış arasında özünə layiq hörmət qazanıb .
Öz xidməti və ictimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə SSRİ və Azərbaycan Respublikasının Daxili işlər nazirlərinin və onların müavinlərinin,idarə və şöbə rəislərinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında , respublikada əmin - amanlığın təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Polisinin 90 illiyi ( 1918 - 2008)" yubiley medalı ilə;
2”Azərbaycan Polisinin 95 illiyi ( 1918 - 2013)" yubiley medalı ilə;
3.”Polis Veteranı " medalı ilə;
4."Qüsursuz xidmətlərə görə" 3-cü dərəcəli medal- Daxili işlər orqanlarda 10 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətlərə görə" 2-ci dərəcəli medal-Daxili işlər orqanlarda 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmə görə" 1-ci dərəcəli medal- Daxili işlər orqanlarda 20 təqvim ili xidmətə görə;
7.” Böyük zəfər” medalı ilə;
8.”Azərbaycan Milli ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
9.”Azərbaycan Respubilkasının müharibə veteranı medalı ilə;
10.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyi (1994- 2019)” yubiley medalı ilə.
72 YAŞIN MÜBARƏK OLSUN XANLAR !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİSİN.
Hiç yorum yok:
Yorum Gönder