Təbrik:Polkovnik- leytenat Rəşad Sarıyev - 48



      Yüksək peşəkarlığı,təşkilatçlıq bacarığı, sadəliyi ilə seçilən, ömrünün ən  məhsuldar dövrünü Azərbaycan Ordusunda  və Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  Baş İdarəsinində  keçirmiş-  ehtiyatda olan polkovnik- leytenant  Sarıyev Rəşad Töfiq oğlunun  iyun ayının 8-də  dünyaya göz acdığı gündür.
   
 Belə bir əlamətdar gün münasibətilə  daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan polkovnik-leytenant Sarıyev  Rəşad Töfiq oğlunu doğum günü munasbətilə Din-in Daxili Qoşunların hərbi ehtiyatda və istevada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Azər müəllim qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
     Polkovnik- leytenant Sarıyev Rəşad Töfiq oğlu  1976 - cı ilin  iyun ayının  8 -də  Azərbaycan Respublikasının  İmişli rayonunda  zəhmətkeş bir  ailədə andan olub.
     
 1993 - cü ildə  Azərbaycan Respublikası Təhsil Nazirliyin İmişli rayon təhsil şöbəsinin  1 nömrəli tam orta məktəbi,  1997 - ci illərdə Bakı Dövlət Universitetinin (BDU)  "Sosial elmlər və psixologiya " fakültəsini bitrib.
      
1997-1998 - ci illərdə " Avrasiya " İctimai - siyasi  qəzetinin  həftə sonu əlavəsində redaktor vəzifəsində çalışıb.
  
1999-2003 -cü ilərdə  "Azadinform" informasiya  agentliyində və "Kaspi" qəzetində müxbir işləyib.
 
2003-2005 - ci illərdə  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olub.

2005-2006 - ci illərdə "İctimai " televiziyanın  " Salam Əsgər " hərbi vətənpərvərlik  proqramında  ssenari müəllifi və redaktor vəzifələrində  işləyib.
      
2006-2018-ci illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Mətbuat  xidmət rəisinin müavini  və Mətbuat xidmətinin rəisi   vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa  sədaqətlə  xidmət edib.
      
 2018-2019 -cu illərdə. " Aznews.az " informasiya xəbər portalında  və "Teleqraf . com" xəbər sayıtında redaktor vəzifələrində  olub
      
2020 - ci ildən etibarən  "APA GROUP " - un  xəbər portalında redaktor vəzifəcində işləyərək üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirir.
    
 Rəşad Sarıyev  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
     
Hərbi və iş yoldaşları Rəşadı vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
     
Rəşad Sarıyev  İctimai TV- də  (" Salam Əsgər " hərbi verlişində) ssenari müəllifi  və redaktor vəzifələrində işlədiyi illər ərzində,  İctimai  TV- nin xətti  ilə "Salam Əsgər " veriliş  çəkilşləri etmək üçün  Azərbaycan Ordusunun,  Daxili işlər nazirliyi Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin, Ədiliyyə Nazirliyinin  , Fövqəladə Halar Nazirliyinin  hərbi hissələrində olub və bir çox  canlı  reportajlar  hazırlayaraq "İctimai"  TV- də işıqlandırıb.
     Polkovnik-leytenant   Sarıyev Rəşad Töfiq oğlu   ömrünün ən məhsuldar dövrünün  13 ildən çox şərəfli xidmət yolunu  Azərbaycan Ordusunda,  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Mətbuat orqanında kecirib.
     
O, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsində  xidmət etdiyi illər ərzində,  Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqlarının şərəflə yerinə yetirilməsi ilə əlaqədar  Daxili Qoşunların Bas İdarəsində,Ali hərbi məktəbində, hərbi hissələrində və əlahiddə bölmələrində  müvafiq reportajların  çəkilişi  və vətənpərvərlik  mövzusunda qələmə aldığı  bütün məlumatları  Daxili işlər nazirliyinin  " Mübariz  Keşikdə  (indiki polis) qəzetində,  Daxili Qoşunların Bas İdarəsinin  "Əsgər " qəzetində,  eləcədə müxtəlif mətubat orqanlarında   dərc olunmasında onun rolu danılmazdır.
       
Polkovnik leytenant Rəşad Sarıyev  Daxili İşlər Nazirliyi Daxili Qoşunların 25 illiyi  fəaliyyətini  əks etdirən "  Daxili Qoşunlar 25 " kitabının müəllifi və tərtibatçısı olub.
     
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin  və xidmət rəisinin  müvafiq əmrləri ilə  bir cox fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin   90 illiyi (1918 -2008)”  yubiley   medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi ( 1918 - 2013)” yubiley medalı ilə;

3."Qüsursuz xidmətə görə" 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  RƏŞAD !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və MüharibəVeteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages