Peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, işgüzarlığı,dəqiqliyi, tələbkarlığı, təşkilatçılıq bacarığı, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə və daxili işlər orqanlarında keçirmiş- ehtiyatda olan polkovnik-leytenant Rizvan Zeynalovun iyun ayının 28 - də 53 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, polkovnik Rizvan Zeynalovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirıər, Rizvan müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Rizvan Zeynalov 1971 -ci ilin iyun ayınin 28 - də Ağdam rayonunda zəhmətkeş bir ailədə anadan olub.Daxili işlər Nazirliyin polis akademiyasını bitrib. DİN - in Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və Din-in Əlahiddə Cevik Polis Alayında müxtəlif vəzifələrdə Millətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Hal-hazırda Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “Azərsu” ASC-də şöbə rəisi vəzifəsində calışır.
Rizvan Zeynalov Daxil Qoşunlarda və Əlahiddə Çevik polis alayında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara, bir çox hərbiçilərə⁰ və polis əməkdaşlarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi və Polis Andın, hərbi, daxili qoşunların döyüş xidməti, Din-in isə post və patrul xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və polis yoldaşları Rizvanı vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və Əlahiddə Cevik Polis Alayına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin (islah-əmək müəssisələrin) mühafizə olunmasında, yaşayış məntəqələrində, kütləvi iğtişaşların (icazəsiz mitinqlərin, yığıncaqların, kücə yürüşlərin və nümayişlərin qarşısının alnmasında) şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin olunmasında və ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə bir sıra medallarla, əla xidmətlərə görə əlaçı döş və yubiley nişanları ilə təltif edilib, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunub və ona təşəkkür elan edilib
.
RİZVAN 53 YAŞİN MÜBRƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder