Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olan,yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı, idarəçilik qabiliyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Gəncə şəhər şöbəsinin üzvü-istefada olan polkovnik leytenat İsmayılov Natiq Qubad oğlunun İyun ayının 26 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan polkovnik leytenat Natiq İsmayılovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları, dostları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, həyata insan üçün ən şirin nemət olan möhkəm cansağlığı arzu edib deyirlər, Natiq müəllim qoy yaşınızın üstə gələn bu yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik leytenat İsmayılov Natiq Qubad oğlu 1965 - ci ilin iyun ayının 26 - də Azərbaycan Respublikası Goranboy rayonun Xoylı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1982-ci ildə Gəncə şəhərində 44 nömrəli orta məktəbi, 1989 -cı ildə Gəncə Texnologiya Universitetini, 1990- cı ildə Sovet ordusununBakı şəhərində yerləşən hərbi tədris müəssisəsini, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi ilər ərzində isə Müdafiə Nazirliyinin və Din-in Daxili Qoşunların tədris və təlim mərkəzlərində zabitlərin ixtisas artırma kursunu bitrib.
Natiq İsmayılov Azərbaycan Ordusunda və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində,korpus və hərbi hissələrdə keçirlən bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə,nümnəvi -göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Natiq Qubad oğlu İsmayılov 1983- 1985 - ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub, 1989 - 1992 ci illərdə Sovet Ordusunun Gəncə şəhərində yerləşən hərbi hissədə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, 1992- 1996 – cı illərdə Azərbaycan Ordusunun Ağdərə, Ağdam və Tərtər rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri, tabor qərargahının rəisi, 1997 - 2011 - ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Çəncə şəhərində, Quba, Lənkaran və Cəlabad rayonunlarda yerləşən hərbi hissələrində böluk komandiri, alayın döyüş hazırlığı rəisi,alayın tərbiyə bölməsinin rəisi-baş təlimatçı, tabor komandiri, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini əvəzi vəzifələrində Millətə,Vətənə, Dövlətə və Xalqa sədaqətlə xudmət edib.
O,Azərbaycn Ordusunda və Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi yoldaşları Natiq İsmayılovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycanı ərazi bütövlüyü uğrunda Ağdərə, Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.Müharibə veteranıdır.
Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus briqada və alay komandirinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə polkovnik leytenat Natiq İsmayılov əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini eləcə də hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 - 2001)” yubiley medalı ilə;
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918 - 2008)” yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
4."Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6.” Böyük Zəfər” medalı ilə;
7.”Milli Ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
8.”Müharibə Veteranı” medalı ilə;
9.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi (1994-2019)” yubiley medalı ilə.
NATİQ MÜƏLLİM DOĞUM GÜNÜN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder