Təbrik:Polkovnik leytenat Mirzə Fərəcov- 56



Azərbaycan Respubilkasının  Hərbi- Hava Hücumundan Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  həyatında öz dəst - xətti və xüsusi xifmətləri olmiş, yüksək  hərbi  peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,  vətənpərvərliyi, sadəliyi,xeyirxahlığı, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı,iradi və mənəvi keyfiyyətləri  ilə  seçilən, ömrünün ən məhsuldar dövrünü Azərbaycan Ordusunda və Daxili Qoşunlarda keçirmiş, hörmətli müharibə   veteranmız- istefada olan polkovnik-leytenant  Fərəcov Mirzə  Sərxan oğlunun iyun ayının  8 -də  dünyaya göz acdığı gündür.
 Belə bir əlamətdar gün münasbətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan -  Azərbaycan Respubilkasının Müharibə Veteranı polkovnik - leytenant  Fərəcov Mirzə Sərxan oğlunu  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, dostları,onun iş və doyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,Mirzə müəllim qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

Polkovnik- leytenant  Fərəcov Mirzə  Sərxan oğlu    1968 - ci ilin iyun ayının 8-də Cəbrayıl  rayonun Xələfli qəsəbəsində (stansiyasında) zəhmətkeş bir ailədə anadan  olub.

1983-cü ildə Cəbrayıl rayonun Xələfli qəsəbəsində (stansiyasında) orta məktəbin 8-ci sinifni,1986-cı ildə 10 nömrəli Bakı  Peşə məktəbini,   1990-cı ildə SSRİ Hava Hücumundan Müdafiə Qoşunların  Samara Ali Hərbi Təyyarəçilik məktəbini, 2003- cü ildə isə Bakı şəhərində Təfəkkür Üniverstetinin hüquq fakültəsini bitirib.O, Azərbaycan Ordusunda  və Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   bir çox  təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq ixusasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1990-1991-ci illərdə SSRİ  Hərbi- Hava Hücumundan Müdafiə Qoşunlarında müxtəlif vəzifələrdə olub.

1992-1998-ci illərdə Azərbaycan  Respubilkası Müdafiə Nazirliyin Hərbi- Hava Hücumundan Müdafiə Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb.1998-ci ildə hərbi hissə komandirinin müavini vəzifəsindən  öz arzusu ilə Azərbaycan Silahlı  Qüvvələrdən  ehtiyata buraxlıb.

2003-2008-ci illərdə Özəl sahələrin birində hüquqşunas  vəzifəsində işləyib. 

 2009  - 2019- cu illərdə  öz hərbi ixtisası üzrə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında hərbi hissə komandiri vəzifəsində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.

Polkovnik - leytenant  Fərəcov Mirzə Sərxan oğlu   Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerinə yetirib. Müharibə Veteranıdır.

O,Azərbaycan Ordusunda və Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Hərbi -Hava Hücumundan Müdafiə  Qoşunlarına və Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Öz  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və səmərəli fəaliyyətinə görə  SSRI  və  Azərbaycan Respublikası  Müdafiə Nazirlərinin, Daxili İşlər Nazirinin, Hərbi-Hava Hücumundan Müdafiə Qoşunlar Komandanın,Daxili işlər nazirinin müavini- Daxili Qoşunlar Komandanının və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə                    əla xidmətlərə görə əlacı   və yubiley döş nisanları  ilə təltif olunub, bir çox diplomlarla, fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.

Hərbi yoldaşları  Mirzə müəllimi vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış  arasında özünə layiqli hörmət qazanıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə polkovnik leytenat Fərəcov Mirzə  Sərxan oğlu aşağıdakı medallarla təltif olunub:

1."SSRİ  Silahlı Qüvvələrinin   70 illiyi ( 1918 - 1988)” yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi ( 1991 - 2001 )”yubiley   medalı ilə;

3.”Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrinin 95-illiyi  (1918-2013)” yubiley medalı ilə;

4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi (1818-2018) yubiley medalı ilə;


5."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal  -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

6."Qüsursuz  xidmətə görə "2-ci dərəcəli medal  -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6."Qüsursuz xidmətə ğörə "1 -ci dərəcəli medalı  -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
 
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MİRZƏ!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

100 YAŞA, SAĞLAM YAŞA

Azərbaycan Respubilkası Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev







Hiç yorum yok:

Yorum Gönder

Pages