Yüksək peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, işgüzarlığı, tələbkarlığı, təşkilatçılıq bacarığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş, Azərbaycan Respubilkası Silahlı Qüvvələr və Müharibə Veteranı,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü- istefada olan polkovnik-leytenant Abdullayev Fuad Yolçu oğlunun iyun ayının 25 - də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı-polkovnik leytenat Abdulayev Fuad Yolçu oğlunu bu əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirıər, Fuad müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Fuad Yolcu oğlu Abdullayev 1967 -ci ilin iyun ayınin 25 - də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.Əslən Tovuz rayondandır.
1984 -cu ildə Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü liseyi, 1989-cu ildə Ryazan Ali Hərbi Avtomobil Mühəndislər Məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1989 - 1990 -cı illərdə Sovet Ordusunun Tallin şəhərində yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə,1991 -ci ildə isə SSRİ Müdafiə Nazirliyinin Bakı şəhərinin Şıxovda yerləşən hərbi hissələrinin birində, hərbi hissə komandirinin texniki hissə üzrə müavini olub.
Fuad Abdullayev 1992 - 2013 -ci illərdə Daxili Qoşunların Nizami, Binəqədi, Füzuli, Nərimanov rayonunda və Şirvan (kecmiş Əlibayramlı) şəhərində yerləşən konvoy- mühafizə , tədris, əməliyyat və xüsusi motorlaşdırılmış polis alaylarında avtomobil və zirehli texnika xidməti rəisi, tabor komandiri, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, hərbi hissə komandirinin maddi - texniki təminat xidməti üzrə müavini, Daxili Qoşunların Bas Idarəsinin avtomobil və zirehli texnika şöbəsində isə baş zabit vəzifələrində Millətə, Dövlətə Vətənə və Xalqa sədaqətlə xidmət edib. Fuad Abdullayev 2020- il Azərbaycan Respubilkası Milli məclisinə kecirilmiş seçkilərdə öz qüvvəsini sınayıb,qalib gəlməsədə müəyyən təcürbə toplayıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü - ehtiyatda olan polkovnik-leytenant Abdullayev Fuad Yolcu oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və iş yoldaşları Fuad Abdullayev vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin,islah-əmək müəssisələrin mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların (icazəsiz mitinqlərin, yığıncaqların, kücə yürüşlərin və nümayişlərin qarşısının alnmasında) şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin olunmasında və ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar ( fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrini icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin,
hərbi hissə komandirinin və şöbə rəisinin müvafiq əmrləri ilə
əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, hərbi xidmətdə və Azərbaycan Müharibəsi Vətən Müharibəsi Veteranları İctimai Birliyində ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 - 2008)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə;
5.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətinə görə,
7."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
8."Böyük Zəfər" medalı ilə ;
9."Müharibə Veteranı " medalı ilə
10."Silahlı Qüvvələrin 100 illiyi (1918-2018)” medalı ilə.
FUAD 57 YAŞİN MÜBRƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hiç yorum yok:
Yorum Gönder