Təbrik:Polkovnik leytenat Bəxtiyar Həsənov- 54



Daxili İşlər Nazirliyi Daxili Qoşunların  həyatında öz dəst - xətti və xüsusi xifmətləri olmiş, yüksək  hərbi  peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,  vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş, hörmətli  veteranmız- ehtiyatda olan polkovnik-leytenant Həsənov Bəxtiyar Xasay oğlunun iyun ayının  7 -də  dünyaya göz acdığı gündür.
 Belə bir əlamətdar gün münasbətilə daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan -  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü polkovnik - leytenant  Həsənov Bəxtiyar Xasay oğlunu  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, dostları,onun iş və doyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Bəxtiyar müəllim qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

Polkovnik- leytenant  Həsənov Bəxtiyar Xasay oğlu    1970 - ci ilin iyun ayının 7-də  Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. Əslən Zəngəzur mahalındandır.

1987-ci ildə  Bakı şəhərində tam orta məktəbi,  1991 -ci ildə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Novosibirsk Ali Hərbi Komandanlıq məktəbini,  1997 - ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən zabitlərin tədris mərkəzində  tabor komandiri  kursunu, 2015 ci ildə isə Sankt-Peterburq  Dövlət İqtisadiyyat Üniverstetinin hüquq fakültəsini bitirib.O, Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  kecirlən  bir çox  təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1991  - 2008 ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Səbayıl, Nərimanov, Nizami,  Binəqədi, Xəzər, Hacqabul rayonlarında,  Lənkəran,  Naxçıvan və Gəncə şəhərlərində yerləşən  konvoy (mühafizə),  xüsusi motorlaşdırılmış  polis və əməliyyat  təynatlı  hərbi hissələrində və alı hərbi məktəbdə -  taqım və böluk komandiri, xidmət üzrə bölmə rəisi, qərargah rəisinin müavini,hərbi hissənin döyüş hazırlığı bölməsının rəsi,  hərbı hissə komandirinin birinci  müavini-Qərargah rəisi, hərbi - elmi şöbənin rəisi  vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.

Polkovnik - leytenant  Həsənov Bəxtiyar Xasay oğlu  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin  Jandarma Qüvvələrinin Ankara və İstanbul, Rusiya Federasiyasının isə Daxili Qoşunların  Perm şəhərində yerləşən hərbi institutunda və hərbı hissələrində işgüzar səfərdə olub.

Bəxtiyar Xasay oğlu  Həsənov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində)  gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerinə yetirib. Müharibə Veteranıdır.

O,Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqəladə hallar  (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Öz  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  SSRI  və  Azərbaycan Respublikası  Daxili İşlər Nazırlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin, Diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə                    əla xidmətlərə görə əlacı   və yubiley döş nisanları  ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.
Hərbi yoldaşları  onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış  arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin yaranmasının  10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi  ( 1918 - 2008 )” yubiley   medalı ilə;

3."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal  -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə görə "2-ci dərəcəli medal  -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5."Qüsursuz xidmətə ğörə "1 -ci dərəcəli medalı  -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

Polkovnik -  leytenant  Həsənov Bəxtiyar Xasay oğlu  "Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin" üzvüdür.Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin  təsis etdiyi aşağıdakı  xatirə medalları ilə təltif olunub:

1.”Müharibə Veteranı” medalı ilə;

2.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin  yaranmasının 25 illiyi (1994-2019)” yubiley medalı ilə;

3.”Milli Ordunun yaranmasının 100 illiyi (1918-2018)” yubiley medalı ilə;

4.”Böyük Zəfər” medalı ilə.

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN BƏXTİYAR.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

100 YAŞA, SAĞLAM YAŞA

Azərbaycan Respubilkası Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages