Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan peşəkarlığı, humanistliyi, sadəliyi ilə seçilən müharibə veteranımız,istefada olan polkovnik leytenant İbrahim Allahverdiyevin iyul ayının 1 - də dünyaya göz açdığı gündür .
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,müharibə veteranmız-istefada olan polkolkovnik- leytenant Ibrahim Alahverdiyevi Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İbrahim müəllim qoy yaşının üstə gələn bu yaş da ona sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Allahverdiyev İbrahim Hümbət oğlu 1955 -ci ilin iyul ayının 1- də Azərbaycan Respublikasının Saatlı rayonunun Kirov kəndində zəhmətkeş bir ailədə anadan olub.
1975 - ci ildə Saatlı rayon təhsil İdarəsi üzrə Kirov kənd orta məktəbi, 1983 -cü ildə S.M Kirov adına Azərbaycan Dövlət Ünverstetinin kitabxanaşünas- blioqraf fakultəsini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarında, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1975-1977 - ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub
1983-1991 -ci illərdə S.M.Kirov adına Maşınqayırma zavodunda müxtəlif vəzifələrdə və komsomol təşkilatın katibi,"Salyut" Pioner düşərgəsinin rəisi vəzifələrində işləyib.
1992-2007 - ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Nərimanov Xacmaz və Xəzər rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrində və ali hərbi məktəbdə klub rəisi, təlimatçı, tərbiyə bölməsinin rəisi -baş təlimatçı, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və baş müəllim vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
İbrahim Allahverdiyev 2009 - 2022- ci illərdə Sabuncu rayonu üzrə Bakı şəhər Təhsil idarəsinin 81 nömrəli tam orta məktəbində hərbi rəhbər- müəllim vəzifəsində çalışıb.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqaladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Ibrahim Allahverdiyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və müəllim yoldaşları Ibrahim Allahverdiyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların hərb məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə əlacı və yubiley döş nişanları ilə ,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrini 10 illiyi (1991 - 2001)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə"2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi( 1918 - 2008)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
İBRAHİM DOĞUM GÜNÜN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder