Peşəkarlığı, humanistliyi,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliliyi, sadəliyi və səmimiyyəti ilə seçilən- polkovnik- leytenat Adil Əliyevin iyul ayının 1 -də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan- istefada olan polkovnik leytenat Əliyev Adil Qədim oğlunu belə əlamətdar gun munasbətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları və iş səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən vacib olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Adil qoy hər yeni yaşınız sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Əliyev Adil Qədim oğlu 1963 -cü ilin iyul ayının 1 -də Qəbələ rayonun Vəndam qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.
1980-ci ildə Qəbələ rayonun Vəndam qəsəbə 1 nömrəli orta məktəbi, 1988 -ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitunu,1997-ci ildə Azərbaycan Ordusunun Qaraheybətdə yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas artırma (tabor qərargah rəisi vəzifəsi) kursunu bitrib.
Adil Əliyev 1981-1983-cü illərdə Sovet Ordusunun Amur Vilayətində yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmət olub.1988-1995-ci İllərdə Qəbələ rayonun Vəndam qəsəbə orta məktəbində müəllim vəzifəsində çalışıb.
1996- 2017 ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Binəqədi, Hacıqabul,Sabuncu və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbdə taqım komandiri, bölük komandirin müavini, bölük komandiri, qərargah rəisinin xidmət üzrə köməkcisi, silsilə və kafedera rəislərinin müavini vəzifələrində Millətətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,mühüm dövıət obyektlərin müahizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə ,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictmai təhlükəsizliyin təmin edilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Adil Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi
Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi yoldaşları Adil Əliyevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış , qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi-xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun
müavinlərinin,təlim-tədris mərkəz rəisinin, ali hərbi məktəb rəisinin hərbi hissə komandirinin müvafiq əmrləri ilə fərmanlarla, qiymətli hədiyyələrlə,əlacı və yubiley döş nişanları ilə
mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai əsayişin qorunub saxlanılmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətlərinə görə”1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmə görə medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim il xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubolkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 iliyi (1918-1913)” yubiley madalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ADİL!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMİŞƏ ÜZÜN
GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN
QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder