İnsan ömrü elə də üzun deyil,onun 8 ilini uşaqlıq dövrünə çıxanda,10 ilini məktəblə bağlayanda,2 ilini əsgəri xidmətə ayranda, 5 (və ya 4) ilini təhsil alanda bir də baxıb görürsən ki, artıq 25 ( və ya 24) yaşın var.Ondan sonra da başın işə (xidmətə),evə,ailəyə qarışır.Nə qədər böyük işlər görürsən də YAXŞI ADAM ola bilmədinsə yaşanan ömür mənasız olur.Necə deyirlər bir ömür yaşadın...Bu baxımdan Əhliman İlmazovun bəxti gətrib.YAXŞI ADAM statusunu çoxdan qazanıb.Özü deməsədə ordan-burdan xeyirxah əmələri barədə xoş sözlər gəlib catır...Dost yolunda fədakarlığını,vəfasını,təssubkeşliyini də bütün üstünə artıranda qazancı hörmət və ehtiram olub.
Öz davranışı,təfəkkuru,dünya göruşu ilə digərlərdən fəriqlənən , ən əsası özünə inam yaratmağı bacaran, Daxili işlər nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası,gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,xeyirxahlığı, dəqiqliyi, təmkinliyi,vətənpərvərliyi, idarəçilik qabiliyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünün 36 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş - ehtiyatda olan polkovnik İlmazov Əhliman Xalid oğlunun iyun ayının 7 - də dünyaya göz acdığı gündür.Belə bir əlamətdar gün münasibətilə daimi
həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan polkovnik İlmazov Əhliman Xalid oğlunu doğum günü münasibətilə Daxili Qoşunlarıehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,yaxınları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Əhliman müəllim qoy yaşnızın üstə gələn hər yeni yaşınız sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik İlmazov Əhliman Xalid oğlu 1966 - cı il iyun ayının 7 - də Gürcüstan Respublikasının Rustavi şəhərində ziyalı ailəsində anadan olub.
1983 - cü ildə Gürcüstan Respublikasının Rustavi şəhər 2 nömrəli orta məktəbi, 1988 - ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının LKGİ- nin 60 illiyi adına Leniqrad (İndiki Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi bitirib .
Əhliman İlmazov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində SSRİ Daxili Qoşunların diviziyalarında və hərbi hissələrində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsində keçirilən bir çox təlim - metodiki toplanışlarda, xüsusi- 'taktiki təlimlərdə ,komanda -qərargah məşqlərində,seminar və konfranslarda fəal iştirak edib, bir neçə dəfə Türkiyə Silahlı Qüvvələrin Hərbi Akademiyasında müvafiq kurslarda olub.
1988- 1991 - ci illərdə kecmiş SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Arxangelsk Vilayətində və Baltikyanı Respublikasında yerləşən hərbi hissələrinin birində böluk və tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində olub.
1992-ci illin yanvar ayindan -2020 ci illin dekabr ayına kimi polkovnik Əhliman İlmazov Daxili işlər nazirliyi Daxili Qoşunların Lacın rayonunda, Sumqayıt şəhərində,Binəqədi, Xətai və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində əlahiddə tabor (hərbi hissə) komandirinin müavinini, əlahiddə tabor ( hərbi hissə) komandiri,alay komandirinin müavini - alayın qərargah rəisi, briqada komandirinin müavini – briqadanın
qərargah rəisi, Alay komandiri,Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin inspeksiyasında baş inspektor vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində və inspeksiyasında xidmət etdiyi illər ərzində döyüş hazırlığı idarə rəisinin və inspeksiya rəisinin vəzifələrini icra edib.
Daxili Qoşunlara gənc əsgərlərin qəbulu və sıraya daxil edilməsi , onların ilkin döyüş və ictimai- siyasi hazırlığı ilə əlaqədar bir necə dəfə Daxili Qoşunların Hacqabul rayonunda yerləşən hərbi hissədə gənc əsgərlərin hazırlığı üzrə ümumi toplanış mərkəzinin rəisi olub.
Əhliman İlmazov Daxili Qoşunların Bas İdarəsinin Xəzər və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində kiçik mütəxəsislərin, gənc əsgərlərin,çavuşların və gizirlərin buraxılışı ilə əlaqədar imtahan komissiyanın sədri, bir neçə dəfə isə Heydər Əliyevin adına Ali Hərbi Məktəbin məzunların buraxlışı ilə əlaqədar Dövlət İmtahan komissiyanın üzvü olub.
O, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində bir çox komissiyaların tərkibində olarkən səmərəli fəaliyyəti, işgüzarlığı mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur .
Polkovnik Əhliman İlmazov 1998 - ci ilin iyul ayında Daxili Qoşunlar Komandanı əvəzi Elşən Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Jandarma Qüvvələrinin xidmət - döyüş fəaliyyəti ilə yaxından tanış olmaq,lazımi hərbi təcürbə mübadiləsi əldə etmək məqsədilə işgüzar səfərdə olub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Lacın, Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Əhliman İlmazovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin,şöbə və idarə rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə,diplomlarla mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Hərbi xidmətlərə görə" medalı ilə;
2."Azərbaycan Respubilkasl Silahlı Qüvvələr Veteranı” medalı ilə;
3."SSRİ Silahlı Qüvvələrinin 70 - illiyi
(1918-1988)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə;
5."Azərbaycan Respubiljası Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
6."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi( 1918 - 2013)” yubiley medalı ilə;
7."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918 -2018)” yubiley medalı ilə;
8.”Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sankt-peterburq Ali hərbi siyası məktəbin 70 illiyi” yubiley medalı ilə;
9."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
10."Qüsursuz xidmətə görə " 2-ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
11."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏHLİMAN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder