Təbrik:Polkovnik Ağakişi Adıgözəlov - 69



 Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,  yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında kecirən Silahlı Qüvvələr və Müharibə Veteranı  -istefada  olan  Polkovnik Ağakişi Abdurəhim oğlu  Adıgözəlovun  iyun ayının 14 - də  dünyaya göz acdığı gündür.

  Belə bir əlamətdaf  gün münasibətilə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan polkovnik  Ağakişi Adıgözəlovu Daxili işlər nazirliyi (Din-in)  Daxili Qoşunların ehtiyatda və istefada olan  zabit kollektivi, doğmaları,əzizləri,yaxınları,iş və doyüş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ağakişi müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər  bəxş etsin, hər  yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    Adıgözəlov Ağakişi Abdurəhim oğlu  1955 -ci ilin iyun ayının 14 -də Bakı şəhərində  bir zəhmətkeş ailədə anadan olub.Əslən Şuşa rayonundandır.
   
1972- ci ildə  Bakı şəhərində  orta məktəbi, 1978- ci ildə  SSRİ Daxili işlər nazirliyin Daxili Qoşunların  Gürcüstan Respublikasında yerləşən  əlahiddə  tədris taborunda  gizirlər məktəbini,  1981-ci ildə  SSRİ Daxili işlər nazirliyi
 Daxili Qoşunlarının  Vladikafkaz Ali hərbi məktəbi, 2000 -ci ildə isə  ABŞ -ın  Luizana  Ştatının  Polis Akademiyasında ixtisas artırma kursunu bitrib.
    
 1974 -1976-cü illərdə  Sovet Ordusunda müddətli həqqi hərbi  xidmətdə olub.
     
1997-1991-ci illərdə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunlarının  Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən divziyaların Bakı şəhərində  yerləşən konvoy mühafizə alayında və əməliyyat briqadasında  tərbiyə bölməsinin təşviqat və təbliğat üzrə təlimatcısının komsomol təşkilatı üzrə köməkçisi, taqım komandiri, böluk  komandiri,  klub rəisi, diviziyanın  kadırlar bölməsının  rəis müavini və kadrlar bölməsinin rəisi vəzifələrində olub.
 
1992-ci ilin yanvar   ayından  Daxili işlər nazirliyi Daxili Qoşunların  Baş İdarəsinin  Sumqayıt  şəhərində yerləşən hərbi hissədə hərbi hissə komandiri,  Nərimanov rayonunda  yerləşən  hərbi hissədə hərbi komandiri əvəzi,  Daxili Qoşunların Bas İdarəsinin  kadırlar şöbəsinin ilk rəisi , Daxili Qoşunların Baş İdarəsinin Qərargahında  əməliyyat şöbəsinin baş zabiti,  döyüş hazırlığı və əməliyyat   şöbələrinin rəisi vəzifələrində Millətə, Vətənə,Dövlətə   və Xalqa  sədaqətlə xidmət edib.
      
 O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Tiflis və Bakı şəhərlərində yerləşən diviziyalarında (hərbi   hissələrdə) Azərbaycan Respublikası Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  keçirilən bir çox təlim- metodiki toplanışlarda müvafiq kurslarda, hərbi və xüsusi -taktiki təlimlərdə,nümunəvi - göstərici  məşğələlərdə,  komanda- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək üçün xarici ölkələrdə işgüzar səfərdə olub.
      Polkovnik Ağakişi Adıgözəlov 1992 -1994-cü illərdə Azərbaycanın  ərazi bütövlüyü uğrunda  ( Ağdam,və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edən  Daxili Qoşunların ilk zabitlərindən biri olaraq  ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
    Qanunvericiliklə müəyyən  olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,mühüm dövlət obyektlərin,islah-əmək müəssisələrin, hərbi təchizat anbarların, hərbi bazaların, sahibsiz qalmış əmıakların, və xüsusi yüklərin mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi  ixtşaşların qarşısının alınmasında, mühafizə olunan əraziyə soxulmuş şəxslərin və mühafizədən qacmış məhkumların  axtarılmasında  və tutulmasında,   cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar,
təbii fəlakətlər və başqa  fövqalədə hallar  (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,patrul -post  xidməti vastəsi ilə şəhərdə,yaşayış  məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin  qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasıda, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
     
 Azərbaycan Respubilkası Qüvvələr və Müharibə Veteranı- istefada olan  polkovnik Ağakişi Adıgözəlov Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində, bir çox komissiyaların  tərkibində və məqsədli qurupların rəhbəri olarkən  səmərəli fəaliyyəti,işgüzarlığı, iradi, mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili  Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur.
   
  Hərbi və döyüş yoldaşları Ağakişi müəllimi vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb. 

Öz vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  SSRİ  və  Azərbaycan Respublikası  Daxili işlər nazırlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,  ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı və yubiley döş nişanları  ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.
     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələr veteranı” medalı ilə;
 
2."SSRİ Silahlı Qüvvələrin yaranmasının" 70 - illiyi yubiley medalı ilə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi( 1991 - 2001)” yubiley  medalı ilə;

4.Daxili  işlər nazirliyinin Daxili Qoşunların Sankt-peterburq   ali  hərbi  siyasi  məktəbin" 70 illiyi  yubiley medalı ilə;

5.“Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

6.”Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə; 

7.”Qusursuz  xidmətə görə” medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə medal ilə.

AĞAKİŞİ MÜƏLLİM   69 YAŞIN MÜBARƏK!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages