Təbrik:Mayor Sənan İsgəndərov- 51



Daxili İşlər Nazirliyi Daxili Qoşunların  həyatında öz dəst - xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,  vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş, hörmətli  veteranmız- ehtiyatda olan mayor  İsgəndərov Sənan Sadiq oğlunun iyun ayının  9 - da  dünyaya göz acdığı gündür.
 Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,  mayor İsgəndərov Sənan Sadiq oğlunu   Din-in Daxili Qoşunların ehtiyatda və istefada oıan zabitləri, doğmaları,əzizləri,onun iş və doyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Sənan qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor İsgəndərov Sənan Sadiq  oğlu    1973 - ci ilin iyun ayının 9-da  Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub. 

1990-cı ildə Sumqayıt şəhərində tam orta məktəbi,  1995 -ci ildə isə Azərbaycan Texniki Üniverstetini  bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  keçirilən  bir çox  təlim -metodiki toplanışlarında,hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1995- 1999- cü illərdə  Azərbaycan Ordusunun Ağcabədi rayonunda yerləşən  hərbi hissələrin birində taqım komandiri, bölük komandirin müavini, 2004 - 2021 ci illərdə  isə Daxili işlər nazirliyi Daxili Qoşunların    Binəqədi, Quba, Hacqabul, Qaradağ  rayonlarında yerləşən hərbi hissələrində  və təlim- tədris mərkəzində bölük komandirinin müavini     böluk komandiri, avtomobil və zirehli texnika  xidməti rəisi,   təlim-tədris mərkəz rəisinin maddi- texniki təminat xidmətləri üzrə   müavini  vəzifələrində Millətə Vətənə, Dövlətə və Xalqa sədaqətlə  xidmət  edib.

Sənan Sadiq oğlu  İsgəndərov 44 günlük vətən müharibəsində iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerinə yetirib. Müharibə Veteranıdır.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin və hərbi təchizat anbarların mühafizə ovunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai  təhlükəsizliyin təmin edilməsində, fövqəladə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Öz  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  Azərbaycan Respublikası  Daxili İ
işlər nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə          əla xidmətlərə görə əlacı   və yubiley döş nisanları  ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.

Hərbi yoldaşları  onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər.Sənan İsgəndərov təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost tanış  arasında özünə layiqli hörmət qazanıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Sənan İsgəndərov aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  90 illiyi ( 1918-2008)” yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  ( 1918 - 2013 )” yubiley   medalı ilə;

3."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal  -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə görə "2-ci dərəcəli medal  -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5."Qüsursuz xidmətə ğörə "1 -ci dərəcəli medalı  -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN SƏNAN.

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages