Peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında keçirmiş- ehtiyatda olan mayor Nüşravan Əliyevin iyun ayının 13 -də 52 yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan- ehtiyatda olan mayor Əliyev Nüşravan Mehti oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansğlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Nüşravan qoy yaşınızın üstə gələn bu yaş da sənə sevindolu illər bəxş etsin, hər yeni gününüz isə səni istəklərinə
qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Əliyev Nüşravan Mehti oğlu 1972 - ci ilin iyun ayının 13- də Azərbaycan Respublikasının Şamaxı rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1989 -cu ildə Şamaxı şəhər tam orta məktəbi,1996 -cı ildə isə Azərbaycan Texniki Universitetini bitirmiş, 1996- cı ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.O, Din -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki- təlim toplanışlarında, xüsusi - taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .
1996 - 2018 -ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Binəqədi, Nərimanov, Lənkəran, Bərdə və Zaqatala rayonlarında
yerləşən hərbi hissələrində avtomobil və zirehli texnika taqım komandiri, avtomobil və zirehli texnika bölük komandirinin müavini, avtomobil və zirehli texnika bölük komandiri, hərbi hissənin avtomobil və zirehli texnika xidməti rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
O,Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərəncamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Nuşirəvan Əliyev 2018 -ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından ehtiyata buxıldıqdan sonra Şamaxı rayon ASAN xidmət Mərkəzində Təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləyir.
0,1993 - cü ildə «Cudo» və » Karete » üzrə Azərbaycan Respublikasınında keçirilən yarışda ölkə çempionu, 2009- cu ildə isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələri arasında «Gülə Atıclığı» üzrə birincilik yarışında 1 ( birinci) yerin qalibi olub.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin
axtarışında və zərərsizləşdirilməsində, şəhərdə və yaşayış məntəqələrdə (kütləvi tədbirlərin kecirilmə yerlərində) ictimai asayışin qorumasında və ictimai təhlükəsüzliyin təmin edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin olunmasında, təbii fəlakətlərin, bədbəxt hadisələrin, qəzaların, yanğınların nəticələrinin aradan
qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun
müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində, ictimai
əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 90 illiyi ( 1918- 2008 )” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 95 illiyi ( 1918- 2013 )”yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə 1 -ci dərəcəli meda- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
NUŞİRAVAN 52 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan
Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder