Təbrik:Mayor Fazil Mahmudov-60:



 Şərəfli zabit ömrü
 Peşəkarlığı, humanistliyi, işgüzarlığı, iradi, mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, 
ömrünün ən məhsuldar dövrünün 21 ildən çox hissəsini hərbi xidmətdə həsir etmiş - istefada olan mayor Fazil Mahmudovun İyun ayının 10-da dünyaya göz acdığı gündür.

Mayor Mahmudov Fazil Alı oğlu 1964 - cü ilin iyun ayının 10-da Azərbaycan Respublikası Qazax rayonunun Yuxarı Salahlı kəndində zəhmətkeş bir  ailədə anadan olub.Qardaşı baş leytenat Zahid Alı oğlu Mahmudov Daxili işlər nazirliyi Daxili Qoşunların Bas İdarəsinin ilk Rabitə şöbəsinin rəisi olub. Zahid Mahmudov 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Ağdərə rayonu ərazisində qəhrəmancasına şəhid olub.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan- istefada olan mayor Mahmudov Fazil Alı oğlunu  doğum (yubiley) gun munasbətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları,  iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən vacib olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fazil müəllim  qoy hər  yeni yaşınız da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi  istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mahmudov Fazil 1982-1984-cü illərdə Sovet Ordusunun İrkutsk Vilayətinin Bratsk şəhərində yerləşən Tədris alayında 6 aylıq Məxfi Naqil rabitəsi kursunu bitirdikdən sonra Şeloxov şəhəri yaxınlığında yerləşən hərbi qarnizonda müddətli həqiqi hərbi xidmət keçib.
1984-1992-ci İllərdə Bakı Baş Tikinti İdarəsinin 8 saylı Dəmir Beton Məmulatları Zavodunda mühəndis vəzifəsində çalışıb.

1992-ci ilın iyun ayından 2011 ci ilin sentyabr ayına kimi Daxili işlər nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Naxçıvan şəhərində, Hacıqabul və Bakı
şəhərinin Nərmanov rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, Alayın AİS xidməti rəisi, Alayın Qərargah rəisinin xidmət üzrə baş köməkçisi vəzifələrində Milətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Fazil Alı oğlu Mahmudov 1981-ci ildə Qazax rayon Təhsil şöbəsinin Yuxarı Salahlı kənd orta məktəbini, 1990-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu,1999 - cu ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Xəzər rayonunda yerləşən hərbi məktəbində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox təlim- metodiki toplanışlarında, müvafiq kurslarda, xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqlərində seminar və konfranslarda fəal iştirak edib.
Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,inzibatı binaların,hərbi şəhərciklərin  və anbarların mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrin və kütləvi tədbirıərin keçirilmə.yerlərində ictimai asayişin  qorunmasında və təhlükəsizliyin  təmin olunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar (fövqalədə  vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaıarın,bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi
Andın, hərbi və daxili Q
qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış , qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi-xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun
müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pul mükafatı ilə, əlacı  və yubiley döş nişanları ilə
mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai əsayişin qorunub saxlanılmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə”1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmə görə medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə medalı ilə;

3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;

4.”Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubiley medalı ilə;

5.”Qüsursuz xidmətə görə 3- cü dərəcəli medala-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

60 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, FAZİL!

BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMİŞƏ ÜZÜN
GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! 

ALLAH HƏR ZAMAN
QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages