Təbrik:Kapitan Şaiq Əsgərov- 58



  
  Peşəkarlığı, humanistliyi, səmimiyyəti,vətənpərvərliyi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən,  Azərbaycan  Respubilkasının müharibə veteranı- istefada olan kapitan  Əsgərov Şaiq  Şahid oğlunun iyun ayının  21-  də dünyaya  göz acdığı
gündür.

Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ cıxan Şaiq Əsgərovu   Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,yaxınları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yolyarında  uğurlar arzu edib deyirlər,Şaiq qoy yaşnızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
     Azərbaycan Respublikasının müharibə veteranı -istefada olan kapitan  Əsgərov Şaiq Şahid oğlu  1966 - cı ilin  iyun ayının  21 - də  Azərbaycan Respublikasının  Qax  rayonunun  Ləkit kəndində zəhmətkeş bir  ailədə anadan olub.
     
 1983 - cü ildə  Qax rayonunun Ləkit kənd orta məktəbi,  1987 - ci ildə  Sverdlovski   Ali hərbi siyasi tank məktəbini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda, hərbi və  xüsusi- taktiki təlimlərdə,  müvafiq kurslarda,  seminar və konfranslarda fəal iştirak edib.    

1987-1991 - ci illərdə Sovet Ordusunun Belarusiya respublikasında yerləşən  hərbi hissələrin birində bölük komandirinin tərbiyəvi işləri üzrə  müavini və alayın komsomol təşkilatının katibi vəzifələrində olub.  

1992-2000 - ci illərdədə Daxili işlər nazirliyi Daxili Qoşunlarının Baş  İdarəsinin  Zaqatala, Ağdam, Ağdərə, Füzuli, Xətai rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində  tabor komandiri, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

 2001- 2002 - ci illərdə  Qax rayonun tam orta məktəblərin birində müəllim vəzifəsində işləyib. 
        
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  iştirak edib.Azərbaycan Respubilkasının müharibə veteranıdır.
       
Şaiq Əsgərov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
       Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,mühüm dövlət obyektlərin mühafizəsində,yaşayış məntəqələrində   kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar  (fövqalədə vəziyyət və komendat  saatı) zamanı hüquqi rejimin təmin edilməsində,şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində   ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin  olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
      
Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə  yanaşdığına görə Daxili işlər nazirinin,  Daxili Qoşunların Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbı hissə komandirinin  müvafiq əmrləri ilə  əlacı və yubiley döş   nişanları ilə təltif olunub,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.”SSRİ Silahlı Qüvvələrinin yaranmasının  70 illiyi (1918-1988)” yubiley medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının  10 illiyi (1991-2001)” yubiley medalı ilə;

3.”Qusursuz xidmətə ğörə” 3-cü  dərəcəli medal - Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;

4.”Qusursuz  xidmətə görə” 2- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAİQ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və   Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages