Peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və sadəliyi və səmərəli fəaliyyəti ilə seçilən, müharibə veteranı istefada olan kapitan Mikayıl Məmmədovun iyun ayının 3 -də 50 yaşının tamam olması münasibətilə Daxili işlər nazirliyi Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Mikayıl qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Məmmədov Mikayıl Məhiş oğlu 1974 - cu ilin iyun ayının 3 -də Zəngilan rayonunun Ağkənd kəndində ziyalı bir ailədə anadan olub.
Mikayıl orta təhsilini Zəngilan rayonunun Ağkənd və Qafan şəhər orta məktəblərində alıb. Bakı İnşaat Texnikumunu və Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi bitirib.
1993-2013-ci illərdə Din -in Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Hacıqabul, Nərimanov, Sabunçu, Lənkəran və Quba rayonlarında yerləşən hərbi hissələrində manqa komandiri, şəxsi heyətin qeydiyyatı və uçotu üzrə məsul icracı, taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, Qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Füzuli və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə fal iştirak edib. Müharibə Veteranıdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin,inzibatı binaların və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə “əla xidmətlərə” görə əlacı və döş yubiley nişanları ilə, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb , ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Reslubilkasının Silahlı Qüvvələrinin 10 -illiyi ( 1991- 2001)” yubiley medalı ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2013 )” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
AD GÜNÜN MÜBARƏK OLSUN, MİKAYIL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder