İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların hərbi hissələrinin həyatında rabitə sahəsində öz dəst-xətti və sayagəlməz uğurları olan, müharibə veteranı -istefada olan kapitan Şahbazov İlham Seyidcamal oğlunun iyun ayının 15-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıacıq,üzüağ cıxan İlham Şahbazovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların zabit kollektivi, doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İlham qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni yaşınız isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Şahbazov İlham Seyidcamal oğlu 1966 - ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Xaçmaz rayonunun Susay kəndində bir zəhmətkeş ailədə anadan olub.
1973-ci ildə Xacmaz rayonun Xudat şəhər 2- nömrəli tam orta məktəbi,1985- ci ildə Bakı 88 №-li Texniki Peşə məktəbi, 1991-ci ildə Leninqrad şəhərində Poltexnik Universitetini, 2000-ci ildə isə Bakı şəhər Rabitə kollecini bitirib.
1985-1987-ci illərdə Omsk şəhərində SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1992-2006 -cı ilərdə Din-in Daxili Qoşunların Xaçmaz (yalama qəsəbəsində), Yevlax, Quba rayonlarında və döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.2006-cı ildə “Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156-cı madəsinin b) bəndinə əsasən xəstəliyi ilə əlaqədar Daxili Qoşunların Quba şəhərində yerləşən alayın rabitə xidməti rəisi vəzifəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
Kapitan İlham Şahbuzov 1993-cü ilin yanvar ayının 28-dən- 1994-cü ilin mart ayına kimi Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.Müharibə veteranıdır.
Kapitan İlham Şahbuzov 2007-ci ildən etibarən "Aselsan-Bakı"şirkətinin Quba bölgəsi üzrə satış nümayəndəsi vəzifəsinədə işləyir .
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,Qusar rayonunda silahli münaqişənin qarşısının alınmasında, Yevlax şəhərində qanunsuz silahlı dəstələrin saxlanılmasında,yaşayış məntəqə lərində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, yanğınların,qəzaların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi yoldaşları İlham Şahbuzovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı və və yubiley döş nişanlarla təltif olunub, bir cox fərmanlarla, qitmətli hədiyələrlə və diplomlarla mükafatlandırlıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1."Qüsursuz xidmətə görə" 3- cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətlərə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyu 1991- 2001)” medalı ilə;
İLHAM 57 YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder