Silahdaşlarmızdan biri olan, peşəkarlığı, humanistliyi,İşgüzarlığı, vətənpərvərvərliyi, səmimiyyəti və sadəliyi ilə seçilən- istefada kapitan Hicran Əliyevon iyul ayının 1- də dünya göz açdığı gündür .
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan kapitan Hicran Əliyevi doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Hicran qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Əliyev Hicran Vaqif oğlu 1966 - ci ilin iyun ayının 1- də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda zəhmətkeş bir ailədə anadan olub.
Sovet ordusunda müxtəlif vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsənin Naxcıvan şəhərində yerləşən əlahiddə hərbi hissədə isə
bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri və tərbiyə bölməsində təlimatçı vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Hicran 2019 -cu ildən etibarən Naxcıvan Muxtar Respubilkasının təhsil müəssislərinin birində müəllim vəzifəsində işləyir .
QaQanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qə fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, şəhərdə və yaşayış məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsundə və ictimai təhlükəsizliyin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Kapitan Hicran Əliyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və müəllim yoldaşları Hicran Əliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə bir sıra medallarla, əlacı və yubiley yubley nişanları ilə ,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edlib.
HİCRAN DOĞUM GÜNÜN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder