Təbrik:Kapitan Bəxtiyar Babayev - 43



  
İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biridə  Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmiş ehtiyatda olan kapitan Babayev Bəxtiyar Vaqif oğlunun iyun ayının 7-də dünyaya göz acdığı günüdür. 

Daimi həyatın imtahanlarından alınıacıq və üzüağ çıxan, Bəxtiyar Babayevi  belə bir əlamətdar gün münasibətilə Din-in  Daxili Qoşunların ehtiyayda və istefada olan zabitləri, doğmaları, iş yoldaşları və dostları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib,deyirlər Bəxtiyar qoy  yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə sizi  xoşbəxt edəcək şəkildə keçsin.
       
Kapitan Babayev Bəxtiyar Vaqif  oğlu  1981 -ci ilin iyun  ayının 7 -də    Şirvan (Əlibayramlı) şəhərində  zəhmətkeş bir ailədə anadan olub .
      
1996 -cı ildə  Şirvan  şəhər orta məktəbin 8-ci sinifni, 1999 -cu illdə Cəmşid Naxcıvanski adına hərbi liseyi, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbi, 2004- cü ildə isə  Daxili  işlər nazirliyi Daxili Qoşunların   hərbi məktəbində zabitlərin ixtisas artırma kursunu bitrib.
      
2003- 2010 -cu illərdə  Daxili Qoşunların Binəqədi, Hacqabul, Quba və  Lənkəran rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri,  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,
kicik komandirlər və kicik mütəxəsislər hazırlayan bölüyün komandiri,hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkcisi,hərbi hissənin döyüş hazırlığı bölməsində isə zabit vəzifələrində  Millətə ,Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkeçmə haqqında”əsasnamənin 156- cı maddəsinin v) bəndinə (xəstəliyə) görə  Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından  ehtiyata buraxlıb.Bəxtiyar hal-hazırda sahibkarlıq işi ilə məşğuldur.
    
 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
 
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə  və digər  yaşayış məntəqələrində     kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,şəhərdə, yaşayış məntəqələrində və. kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyn təmin olunmasında,qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fələkətlərin nəticələrinin aradan qaldırılmasında, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, Cəmşid Naxcvanski adına  hərbi lisey rəisinin,
alay və briqada komandirinin müvafiq əmirləri ilə bir sıra medallarla (“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10 iliyi və 90” illiyi medallarla) və yubiley  döş  nişanları ilə təltif edlib, bir cox fəxri fərmanlarla və qiymətli  hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  BƏXTİYAR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

100 YAŞA,
SAĞLAM YAŞA!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages