Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sıralarında daha bir dəyərli veteranımızın-istefada olan baş leytenat Tağıyev Şükür Tağı oğlunun doğum günüdür. Onun iyun ayının 5 -də 66 yaşı tamam olur.
Tağıyev Şükür Tağı oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağstafa rayon şöbəsinin sədridir.
Tağıyev Şükür Tağı oğlu 5 iyun 1958-ci ildə Ağstafa rayonunun Qırılı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1976-cı ildə Ağstafa rayonun Qırlı kənd orta məktəbi, 1981 -ci ildə Azərbaycan Politexnik İnustutunu bitirmişdir.
1982-1990-cı illərdə Sovet Ordusunda müxtəlif vəzifələrdə xidmət etmişdir.
O, Saratov vilayətinin Puqacov şəhərində Azərbaycan cəmiyyətinin sədri olmuşdur.
Erməni işğalçılarının Vətənimizə təcavüzü zamanı baş leytenant Azərbaycana qayıtmış Vətənimizin müdafiəsinə qalxmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda (Fizuli, Ağdam və Tərtər rayonları istiqamətində) gedən döyüş əməliyyatlarında fəal iştirak etmişdir.
Tağıyev Şükür Tağı oğlu Ağstafa rayonun Qırılı kənd Sirac Əliyev adına tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,doğmaları,əzizləri,yaxınları,döyüş və iş yoldaşları Şükür müəllimi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.
Hiç yorum yok:
Yorum Gönder