Təbrik: Tünzalə Səfərova



     
   Həmişə müqəddəs peşəsinə layiq, yüksək iş qabiliyyətləri  ilə  fərqlənən, Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində  yerləşən   hərb  hissədə Millətə,Vətənə, Dövlətə  və Xalqa sədaqətlə xidmət etmiş, peşəkarlığı,öz davranışı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,qayğıkeşliyi, iradi  və mənəvi keyfiyyətləri  ilə seçilən, öz davranışı,təfəkkuru,dünya görüşü ilə digərlərindən seçilən - ehtiyatda  olan  gizir  Şəfərova Tünzalə Vidadi qızının iyun ayinin  2 - də Gəncə  şəhərində   dünyaya göz acdığı gündür.

    Belə bir əlamətdar gün  münasibətilə daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan - gizir Səfərova Tünzalə Vidadi qızını Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri doğmaları, əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər, Tünzalə  xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
   Yüksək nufuz sahibi olan, xidmət etdiyi və  işlədiyi kollektivdə təvazökar, qayğıkeş, xeyirxah insan   kimi tanınan   Səfərova Tünzalə Vidadi qızı 1970 -ci ilin   iyun ayının 2- də   Gəncə şəhərində   zəhmətkeş bir  ailədə  anadan olub.
 
Peşəsinə sədaqət  nümayiş etdirən  Tünzələ xanım 1985 -cu ildə  Gəncə  şəhəri 29 nömrəli orta məktəbin 8 -ci sinifini,1991-ci ildə isə İnşaat Texnikumunu bitirib.
    
     Hər zaman həyatda layıqlı yer tutmağa calışmış, yüksək uğurlar qazanmış, vətənpərvər insan Tünzalə  xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz, insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.

    Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış  Səfərova Tünzalə  Vidadi qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin  dəqiq və sözsüz  yerinə yetirilməsi işində, bir çox  hərbi qulluqculara və tibb işcilərinə şəxsi   nümunə olmuşdur.
  
 Səfərova Tünzalə Vidadi qızı  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə əlacı və  Daxili Qoşunların yaranmasının  yubiley döş nişanları ilə  təltif olunub, bir çox  fərmanlarla,diplomlarla, qiymətli hədiyələr ilə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və  bir sıra  medallarla təltif edlib.

TÜNCƏLƏ  XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..


TÜNZALƏ XANIM 100 İL  SAĞLAM VƏ MƏNALI  ÖMÜR YAŞAYIN!

AD GÜNÜN  MÜBARƏK !

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman  Musayev

 

Hiç yorum yok:

Yorum Gönder

Pages