Təbrik: Səbinə Məmmədova



 
 Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların Baş İdarəsinin  hərbi hospitalının həyatında orta tibb  heyyəti sahəsində   öz dəst- xətti   olan,  yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi, səmimiyyəti,qayığıkeşliyi,iradi  və səmərəli fəaliyyəti  ilə seçilən,   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   şərəfli  xidmət yolu keçmiş- ehtiyatda  olan gizir  Məmmədova Səbinə Sahib  qızızının iyun ayının 27- də  onun   dünyaya göz acdığı gündür.

Belə bir əlamətdar  gün münasbətilə daim həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Səbinə xanımı  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), iş yoldaşları,doğmaları,əzizləri, dostları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər, Səbinə xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və  işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan  Məmmədova Səbinə Sahib  qızı    iyun ayının 27-də  Bakı şəhərində  zəhmətkeş bir ailədə  anadan olub.
 
Səbinə xanım 1989 -cu ildə Natiq Tağıyev adına  Bakı şəhər 212 nömrəli  tam orta məktəbi, 2001-ci ildə isə Bakı baza 1 nömrəli tibb kollecini  bitrib.Öz ixtisası üzrə bir  çox ixtisasartırma kurslarında olub.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər xanım, Məmmədova Səbinə Sahib  qızı   2003- 2017 - ci illərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin  Nərmanov  rayonlarında yerləşən hərbi hospitalının  cərrahiyə, dəri zöhrəvi, funksional diaqnostika,reabiltasiya və infeksiya şöbələrində tib bacısı və baş tibb bacısı  vəzifələrində Millətə,Vətənə,Dövlətə  və Xalqa sədaqətlə xidmət edib.2018-ci ildən  etibarən öz ixtisası üzrə Fövqalədə Hallar Nazirliyinin müvafiq strukturlarının  birində calışır.

Torpağına,xalqına bağlı gözəl xanım Səbinə Məmmədova Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.Səbinə xanım işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.
Səbinə Sahib qızı Məmmədova öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, kollektiv və  ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış gizir Məmmədova Səbinə Sahib  qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox   həmkarları və iş yoldaşları
 üçün nümunə olmuşdur.
  
 Baş tibb bacısı Səbinə Məmmədova  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:

1.”Qusursuz xidmətə görə” 3 -cü  dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.
SƏBİNƏ XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..

XOŞBƏXT İLLƏRƏ

27 - İYUN  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages