Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalının həyatında orta tibb heyyəti sahəsində öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi, səmimiyyəti,qayığıkeşliyi,iradi və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23
ildən çoxunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında şərəfli xidmət yolu keçmiş- ehtiyatda olan gizir Ağayeva Səadət Əsmətəli qızızının iyun ayının 21- də onun dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar yubilley günü münasbətilə daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Səadət xanımı Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), iş yoldaşları,doğmaları,əzuzləri, dostları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Səadət xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan Ağayeva Səadət Əsmətəli qızı iyun ayının 21-də Bakı şəhər Qaradağ rayonun Sahil qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.
Səadət xanım 1991 -cu ildə Qaradağ rayon Sahil qəsbəsində orta məktəbi, 1993-ci ildə Bakı şəhərində maliyyə iqtisad kolleci,1996-cı ildə isə Bakı baza 1 nömrəli tibb kollecini bitrib.Öz ixtisası üzrə bir çox ixtisasartırma kurslarında olub.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış,vətənpərvər Ağayeva Səadət Əsmətəli qızı 1994- 2017 - ci illərdə Din-in Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hospitalında baş tibb bacısı vəzifələrində Millətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Torpağına,xalqına bağlı gözəl xanım Səadət Ağayeva Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Sədət xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Ağayeva Səadət Əsmətəli qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox həmkarları və iş yoldaşları
üçün nümunə olmuşdur.
Ehtiyyatda olan gizir Sədaət Ağayev öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətlərə görə 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991 -2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.
SƏADƏT XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..
XOŞBƏXT İLLƏRƏ
21 - İYUN YUBİLLEY GÜNÜN MÜBARƏK OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder