Təbrik: Ərəstun Əliyev- 50




Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının hərbi vəzifəliləri doğmaları,iş və döyüşcü yoldaşları  Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü - ehtiyatda olan baş gizir Əliyev Ərəstun  Əliağa oğlunu 50 illik yubliley günü münasibətilə səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ərəstun qoy  yaşının üstə gən   bu yaş da sizə sevincdolu illər  bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə qovuşduraraq daha da sizi xoşbəxt etsin.
      Müharibə Veteranı Əliyev Ərəstun  Əliağa oğlu  1974 -  cü ilin  iyun  ayının   27 - də  Ağsu rayonunun   Carpaqlı kəndində bir zəhmətkeş ailədə anadan olub.

 1991-ci ildə  Ağsu rayonun Carpaqlı kənd orta məktəbi,  1998 - ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı darəsinin tədris mərkəzini bitrib.
      
1992- 2009 - cu illərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin  Hacıqabul, Ağdam, Ağdərə,  Füzuli, Xətai və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində manqa komandiri,  taqım komandiri, yarım qrup komandiri,  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  böluk komandiri vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib."Hərbi xidmətkecmə haqqında"  əsasnamənin  156-cı maddəsinin v) bəndinə əsasən xəstəliyə görə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsindən ehtiyata buraxılıb.
    
O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və  kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai təhlükəsizliyin  təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində,bədbəxt hadusələrin,qəzaların,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Öz xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, tədris mərkəz  rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə əlacı   və yubiley döş  nişanları ilə ,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
      
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
     Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə,  Ağdam,  Füzuli  rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
       Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Hərbı xidmətlərə görə"- 3 dərəcəli medal ilə,

2."Vətən Uğrunda " medalı ilə,

3."Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin10 illiyi (1991- 2001)” yubiley  medalı ilə;

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)”  yubiley   medalı ilə;

5."Qüsursuz  xidmətə görə " 2 dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

6."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,
 
7. " Böyük Zəfər"  medali ilə;

 8."Milli Ordunun  100 illiyi (1918- 2018)”  yubiley  medalı ilə.

9.”Müharibə  Veteranı” medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏRƏSTUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycann Respubilkasının Silahlı  Qüvvələr  və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages