Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünu hərbi xidmətdə keçirmiş- ehtiyatda olan polkovnik -leytenant Qafqaz Qəfər oğlu Həsənovun iyun ayının 16 - da 55 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik-leytenant Qafqaz Həsənovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda, və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Qafqaz müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik- leytenant Həsənov Qafqaz Qəfər oğlu 1969 -cu ilin iyun ayının 16 - da Gürcüstan Respublikasının Bolnisi şəhərində zəhmətkeş bir ailədə anadan olub.O, əslən Gürcüstan Respubilkasının Ağ - bulaq (Tetri-skaro) rayonunun Şıxlı kəndindəndir.
Qafqaz Həsənov 1987 - ci ildə Gürcüstan Respublikasının Bolnisi şəhər 3 nömrəli orta məktəbi, 1991- ci ildə Tümen Vilayətində Ali hərbi mühəndislər məktəbini, Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Amerika Birləşmiş Ştatlarının Luiziana və Virciniya şəhərlərində, Türkiyə Cümhuriyyətinin isə Ankara şəhərində yərləşən Polis və hərbi akademiyalarında " Partlayıcı -qurğuların zərərsizləşdirilməsi üçün Robortların idarə olunması üzrə ixtisas artırma kuslarını bitrib.Hərbi təcrübə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
Qafqaz Həsənov 1991 - 1996 - cı illərdə Kirov vilayətində yol- tikinti alayında ( hərbi hissəində ) taqım və böluk komandiri vəzifəsində olub.
1996 - 1999 - cu ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsinin mühəndis xidmətində baş zabit və mühəndis xidməti rəisi, 2000- 2009-cu illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Qərargahında Mühəndis xidməti rəisi vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Qafqaz hal- hazırda "Azərsu " Qapalı Səhmdar cəmiyyətinin Bakı Su kanalı İdarəsində Mülkü müdafiə və rejimlərə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə myyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə
yerlərində ictimai asayişin mühafizəsində və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, partlayıçı qurğuların axtarışında və zərərləşdirilməsində,mühüm dövlət obyektlərin və xüsusi yüklərin mühafizə edilməsində, qəzaların , bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Qafqaz Həsənov Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində bir çox komissiyaların və məqsədli qurupların tərkibində olarkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, intelektual səviyyəsi ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur .
Polkovnik leytenat Qafqaz Qəfər oğlu Həsənov ömrünün ən məhsuldar dövrünün 36 ildən çox şərəfli xidmət yolunun 22 ilini hərbi xidmətdə, 14 ilini isə "Azərsu " Acıq Qapalı Səhmdar cəmiyyətində keçirir.
Qfqaz Həsənov müasir tələblərə əsasən Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində və əlahiddə bölmələrində maddi -texniki tədris bazanın , mühəndis xidməti üzrə təlim şəhərciklərin, hüquq - normativ sənədlərin (aktların) proqramların (kitabların), dərs vəsaitlərin, eləcə də öz ixtisası üzrə peşəkar zabitlərin, gizirlərin və kiçik mütəxisslərin hazırlanmasında bir peşəkar zabit kimi böyük xidmətləri olmuşdur.
Hərbi yoldaşları Qafqaz Həsənovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və İdarə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1." Hərbi xidmətlərə görə";
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
3."SSRİ Silahlı Qüvvələrin yaranmasının" 70 - illiyi yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının " 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
5.”Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
7."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
QAFQAZ 55 İLLİK YUBLEY GÜNÜN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder