Təbrik : Polkovnik Rahim İsgəndərov-68



    Daxili işlər nazirliyi (Din-in)  Daxili Qoşunların həyatında öz dəst və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,humanistliyi, xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi təmkinliyi,  sadəliyi, səmimiyyəti,təşkilatclığ bacarğı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  38 ildən çox şərəfli xidmət yolunu daxili işlər orqanlarında və  hərbi xidmətdə keçirmiş,  Azərbaycan Respubilkasının   Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada  olan polkovnik  İsgəndərov Rahim  Əziz   oğlunun iyun ayının 3-də dünyaya göz acdığı gündür.
   
Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan Azərbaycan Respublikasının   Silahlı Qüvvələri və Müharibə Veteranı- istefada  olan polkovnik  İsgəndərov Rahim Əziz  oğlunu doğum günü munasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları, əzizləri, iş, tələbə və döyüşçü  yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rahim müəllim qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   Polkovnik İsgəndərov Rahim Əziz oğlu  3  iyun 1956 -cı ildə  Kürdəmir rayonunda    peşəkar polis  ailəsində anadan olub. 
Rahim  İsgəndərovun  atası Əziz uzun müddət peşəkar zabit kimi  Daxili işlər orqanlarında  işləyib.
  Rəhim İsgəndərov 1974 - ci ilərdə Kürdəmir rayonunda orta məktəbi,  1983 - ci ildə isə Azərbaycan Kənt Təsərrüfatı    İnstitutunu  bitirib. O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində keçirilən müvafiq  təlim -metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə,  seminar və konfranslarda fəal iştirak edib.   Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra Xarici ölkələrdə işgüzar səfərdə olub.
Rahim İsgəndərov 1974- 1976- cü illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1978 -1991- ci illərdə Daxili işlər orqanlarında  müxtəlif vəzifələrdə çalışıb.  
1992- 2013 ci illərdə  Daxili Qoşunların  Ağdam rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə  müavini,  Daxili Qoşunların Baş İdarəsinin maddi - texniki təminat İdarəsində isə ərzaq şöbəsinin rəisi  vəzifələrində Millətə, Vətənə, ,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.2013-2014-cü illərdə  Müdafiə Nazirliyin mərkəzi aparatında idarə rəisi vəzifəsində işləmişdir.
  Polkovnik İsgəndərov Rahim Əziz  oğlu, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daimi qələbə qazanmışdır.Bu insan üçünn ən meyar başlıca qürurunu saxlamaqdan ibarət olub. O, harada  və hansı vəzifələrdə  xidmət etməsinə baxmayaraq öz xidməti vəzifələrinin layıqıncə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsiində həmişə pirinspial mövqe tutmuşdur.
Rahim İsgəndərov həmışə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığını gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək səviyyədə saxlayaraq,  alnı açıq və başı uca gəzmişdir. Xalqa, elə etdiklərini, sinəsi el -oba qeyrətli, vətən qüdrətli öz fəaliyyətini həmişə yüksək  göstərmişdir.
 İstefada olan polkovnik  Rahim  Əziz oğlu İsgəndərov  Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində tutduğu vəzifə sahələri üzrə, müasir tələblərə əsasən  normativ  hüquqi aktların (sənədlərin  və təlimatların) hazırlanmasında, hərbi hissələrin və əlahiddə bölmələrin lazımi təminat növləri üzrə ərzaq və avadanlıqlarla (qurğularla) təmin edilməsində,ərzaq xidməti üzrə peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik mütəxəssislərin yetişdirilməsində (hazırlanmasında), eləcə  də  Daxili Qoşunlara və hərbi hissələrə  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur.
Rahim İsgəndərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarsıya qoyulmuş xidməti   döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
  Azərbaycan Respublikasında şəhərdə,  yaşayış məntəqələrində  və kütləvi tədbirlərin keçirilmə yerlərində   ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində   kütləvi  iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin  tutulmasında və    zərərsizləşdirilməsində, fövqəladə hallar (fövqəladə  vəziyyət və komendant  saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş  qəzaların, yanğınların, bədbəxt  hadisələrin  və təbii fəlakətlərin nəticələrinin aradan  qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən    vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
  Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin,Müdafiə  Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə əlacı  və yubiley döş  nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq  göstərdiyinə görə  Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirinin və Müdafiə Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
 1.“Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2.“Qüsursuz xidmətə görə”  1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  20 təqvim ili  xidmətə görə;
3.”Qusursuz  xidmətə görə” 2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə  15 təqvim ili  xidmətə görə;
4.”Qusursuz  xidmətə görə  3-cü  dərəcəli  medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.“Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;
6.  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  90illiyi (1918-2008)” yubiley medalı ilə;
7.”Azərbaycan  Respubilkasını    95-illiyi (1918-2013)”  yubiley  medalı ilə. 
   
Azərbaycan Respublika Prezidentinin   9 mart 2007 -ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində,  hərbi  borcunu,  xidməti  vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «İgidliyə görə » medalı ilə təltif edilib.

RAHİM MÜƏLLİM ÖMURÜN UZUN, ÜRƏYİN MÖHKƏM, GÖZLƏRİN İŞİQLI OLSUN!.. 
 
 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA!

 Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və  Müharibə  Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages