Şərəfli zabit ömrü.
Daxili işlər azirliyi (Din-in) Daxili Qoşunlarının və Ədiliyyə Nazirliyinin Penitenisar xidmətin konvoy- mühafizə alayının həyatında öz dəst-xətti olan,işgüzarlığı,yüksək intellektual səviyyəsi,
səmimiyyəti, idarəcilik qabiliyyəti, dəqiqliyi,iradi və mənəvi keyfiytləri ilə secilən, ömrünün ən məhsuldar dövrünü Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində və Ədiliyyə Nazirliyinin Penitenisar xidmətin konvoy- mühafizə alayında keçirmiş hörmətli veteranmız -istefada olan polkovnik- leytenat Vidadi Şükürovun iyun ayının 20-də dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, polkovnik leytenat Vidadi Şükürovü Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, iş və döyüşcü yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan icün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Vidadi müəllim qoy yaşnızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin.
Polkovnik - leytenant Şükürov Vidadi Maqsud oğlu 1948 - ci ilın iyun ayının 20- də Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1965 - ci ildə Ağdam rayonunun Şıxbabalı kənd orta məktəbi, 1974 - cü ildə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunların Tiflis şəhərində yerləşən diviziyanın tədris alayında gizirlər məktəbi, 1982 - ci ildə isə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların LKGİ-nin 60 iliyi adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Hərbi Siyası məktəbi bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Bakı və Tiflis şəhərlərində keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə,nümnəvi -göstərici məşğələlərdə, komanda- qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
1970-1972- ci illərdə Sovet Ordusunda müddətli həqqiqi hərbi xidmətdə olub. 1973- 2003 - cü illərdə Daxili işlər nazirliyinin Daxili Qoşunların və Ədiliyyə Nazirliyinin Penitenisar xidmətinin Konvoy- Mühafizə alayında nəzarətci, taqım komandiri,ayrıca yerləşən bölüyün komandiri, əlahiddə xüsusi motorlaşdırılmış milis taborunun komandirii, alay komandirinin müavinini- alay qərargahının rəisi, alay komandiri vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
O, Daxil Qoşunlarda və Pentisianar xidmətin mühafizə alayında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi yoldaşları Vidadi Şükürovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına və Ədiliyyə Nazirliyin Pentisianar xidmətinin mühafizə alayına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, islah- əmək müəssisələrin,Daxili işlər nazirliyin və Daxili Qoşunların maddi-texniki və təchizat anbarların, sahibsiz qalmış əmlakların mühafizə edilmisində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsuzliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən gəlmişdir.
Müharibə veteranı polkovnik leytenant Vidadi Şükürovun oğluları (Vaqif və Mansur) 44 günlük Vətən Müharibəsində iştirak etdiklərinə görə müvafiq medalarla təltif ediliblər. Hal- hazırda onlar hərbi xidmətdə (müvafiq vəzifələrdə) Vətənə və Xalqa ləyaqətlə xidmətlərini davam etdirirlər.
Polkovnik leytenat Vidadi Şükürov öz xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, Hərbi Məktəb rəisinin, Ədiliyə Naziri və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə döyüş xidməti üzrə, döyüş və ictimai hazırlığı üzrə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və hərbi hissənin fəxri kitabına adl yazlıb.
Öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş taışırıqları yerinə yetirərkən fəriqləndiyinə görə polkovnik- leytenant Vidadi Şükürov aşağıdakı medallarla təltif edlib:
1.”SSRİ Silahlı Qüvvələrin dövlət qarşısında xidmətlərinə görə” 3-cü dərəcəli ordenlə;
2.”SSRİ Silahlı Qüvvələrinin 60 illiyi (1918-1978)” yubiley medalı ilə;
3.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1978)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubley medalı ilə;
5.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Sillahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Vdidai müəllim doğum günüz mübarək olsun.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder