Peşəkarlığı, humanistliyi, işgüzarlığı, iradi, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyəti ilə seçilən, müharibə veteranı - Mahmudov Nəsimi Adil oğlunun iyun ayının 22 -də 50 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnı açıq və üzü ağ çıxan, müharibə veteranı Nəsimi Mahmudovu doğum (yubiley) günü münasibətiləDaxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Nəsimi qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Baş caviş Mahmudov Nəsimi Adil oğlu 1974-cü ilin iyun ayının 22-də Mingəcevir şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1991-ci ildə Mingəcevir şəhər orta məktəbi bitirib.
1991- 1995- ci illərdə Daxiıi işlər nazirliyi Daxili Qoşunların Əlibayramlı (indiki Şirvan) şəhərində, Nərmanov, Ağdam, Füzuli və Qaradağ rayonlarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.
1995- 2003- cü illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Qaradağ rayonunda yerləşən hərbi hissənin (hərbi hospitalın) avtomobil xidmətində müvafiq vəzifələrdə Millətə,Dövlətə, Vətənə, və Xalqa sədaqətlə xidmət edib.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Nəsimi Mahmudovu vətənpərvər, qorxmaz, səxavətli, zəhmətkeş və tələbkar bir hərbiçi kimi dəyərləndirirlər.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında hərbi intizamın möhkəmləndirilməsində fəriqləndiyinə və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, yubiley nişanları ilə mükafatlandırılmışdır.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlamasında, respublikada əmin amanlığın təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrinin layiqincə yerinə yetirdiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə;
2. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubileyi medalı ilə.
Nəsimi 50 illik yubiley günün mübarək olsun.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder