Təbrik: Mayor Nuru Nuriyev- 72



    
İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür.  Yaşın üstə yaş gələndə  daha da  kamilləşirsən. Belə insanlardan biri də işgüzarlığı, yüksək intellektual səviyyəsi, idarəçlik  qabiliyyəti, insanpərvərliyi, dəqiqliyi, sadəliyi və vətənpərvərliyi  ilə seçilən "Azərbaycan Vətən   Müharibəsi Veteranları" İctimai Birliyinin Səbayil rayon şöbəsinin üzvü-     istefada olan Mayor  Nuriyev Nuru Həmzə oğludur. İyun ayının 3 -də  onun 72 yaşı tamam olub.
    
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı istefada olan Mayor Nuriyev Nuru Həmzə oğlunun iyun ayının 3- də  71 yaşının tamam olması münasibətilə onu "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş və döyüşcü yoldaşlarısəmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında  bitib- tükənməyən naliyyətlər  arzu edib deyirlər, Nuru müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizəə sevincdolu illər bəxş etsin,hər yeni günüz isə sizi istəklərnizə qovuşduraraq daha da xoşbəxt etsin.
      
Xeyirxah və ziyalı insan- istefada olan  mayor Nuriyev Nuru Həmzə oğlu  1952 - ci ilin  iyun ayının 3-də Azərbaycan Respublikasının Salyan rayonun  Qarabağlı kəndində zəhmətkeş bir ailədə  anadan olub.
      
1967 -ci ildə   Salyan rayonun  Qarabağlı kənd orta məktəbin səkkizinci sinfini, 1969 - ci ildə  Salyan rayonun  Kərimbəyli kənd orta məktəbin 10-cu sinfini,  1976 - ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin  Leninqrad  (indiki Sankt -Peterburq) şəhərində   Xüsusi milis məktəbini bitirib.
      
1970-1972 ci İllərdə  Sovet Ordusunun  Belarusiya Respublikasnda yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə  ( mühəndis -  istehkam manqa komandiri vəzifəsində ) olub.
 
 Nuru  Həmzə oğlu Nuriyev  1972- 1979 - cu illərdə, Vitebsk şəhərində,  Komi Respublikasında,  Arxangelski Vilayətində yerləşən   SSRİ Daxili İşlər Nazirliyinin   Daxili işlər Orqanlarında  müvafiq  vəzifələrdə işləyib.
    
 O,1979 - 1991 - ci illərdə  Daxili İşlər Nazirliyinin   Bakı şəhərində yerləşən İslah- əmək (cəzaçəkmə) müəssisələrində  dəstə rəisi və baş əməliyyatcı  vəzifələrində  olub.
      
1992- 1994- ci ilərdə  Azərbaycan Respublikasının Daxili Qoşunların  Baş İdarəsinin  Əli-Bayramlı  ( İndiki Şirvan) şəhərində  və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində Alay komandirinin maddi -texniki təminat xidmətləri üzrə müavini vəzifəsində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
     
  Ömrünün  önəmli bir hissəsini daxili işlər orqanlarına və daxili qoşunlarda əməliyyat
və hərbi işinə həsr edən -
istefada olan mayor Nuru Nuruyev həmişə ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi  yerinə yetirib.
      
O,  Daxil Qoşunlarda və islah -əmək müəsissələrində xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      Azərbaycanın ərazi bütövlüyü uğrunda Füzuli  və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.Müharibə Veteranıdır.
     
Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
     Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında,  respublikada əmin amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizə də, eləcə də də SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında və Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin,  islah - əmək müəssisə rəsinin  əmrləri ilə,   müvafiq medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş    nişanları ilə təltif olunub, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  NURU MÜƏLLİM 72 YAŞIN MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages