Təbrik: Mayor Əmrah Cəfərov- 67



Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin (indiki Rəqamsal  İnkişaf və Nəqliyyat Nazirliyin) müvafiq strukturlarının birinin və Daxili işlər nazirliyi Daxili Qoşunlarının  həyatında öz dəst - xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,  vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünü Din-in Daxili Qoşunlarda və   Nəqliyyat Nazirliyinin müvafiq strukturlarında    keçirmiş, hörmətli  veteranmız, Cəfərov Əmrah Zeynaləddin  oğlunun iyun ayının  10 - da  dünyaya göz acdığı gündür.
 Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan   mayor Cəfərov Əmrah Zeynaləddin oğlunu  belə bir əlamətdar gün münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri,yaxınları, doğmaları, dostları,onun iş və doyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Əmrah  müəllum qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Cəfərov Əmrah Zeynaləddin oğli    1957 - ci ilin iyun ayının 10-da  Göycə mahalın Şəfəq kəndində zəhmətkeş bir  ailədə anadan olub. 
Əmrah Göycə mahalın Şəfəq kənd  orta məktəbi, Azərbaycan Politexnik  İnstitunu, Azərbaycan Texniki və Təfəkkur  Üniversitetilərini  bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  keçirilən  bir çox  təlim -metodiki toplanışlarında,hərbi və  xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1979  - 2021 -ci illərdə Bakı şəhər Trolleybus və Travay parklarında cilingər,  mexanik, baş mexanik, direktor müavini  və direktor, Nəqliyyat Agentliyində  şöbə və idarə rəisinin müavini vəzifələrində  işləyib,Bakı şəhər Nəqiliyyat İdarəsində Birləşmiş həmkarlar komitəsinin sədri vəzifəsində olub, Daxili işlər nazirliyi Daxili Qoşunların  Sumqayıt    şəhərində yerləşən hərbi hissədə hərbi hissə komandirin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Növbətci xidmətində və avtomobil, zirehli texnika şöbəsində baş zabit vəzifələrində  Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə  xidmət edib,Nəqliyyat Ağentliyin Bakı şəhər Nəqliyyat departamentində isə rəhbər vəzifələrdə calışıb.Xeyirxah və gözəl insan Əmrah  Cəfərov hal- hazırda sahibkarlıq işində calışır
Cəfərov Əmrah Zeynaləddin oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində)  gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerinə yetirib.Müharibə Veteranıdır.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qayda  Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin mühafizə olunmasında yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,şəhərdə , yaşayış məntəqələrində  və  kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, fövqəladə hallar  (fövqalədə  vəziyyət və komendant  saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə   Azərbaycan Respublikası  Daxili İşlər Nazirinin, Nəqliyyat Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  İdarə və şöbə rəislərinin, hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə                    əla xidmətlərə görə əlacı   və yubiley döş nisanları  ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.
Hərbi və iş yoldaşları  Əmrahı vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış  arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti və ictimai vəzifələrini, hərbi hissənin, nəqliyyat  agentliyinin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə bir sıra medallarla  təltif olunub:

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN ƏMRAH MÜƏLLİM.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!
BÜTÜN ARZULARINA ÇATASAN, İNŞALLAH!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə  Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages