Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çoxunu Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə keçirmiş -ehtiyada olan mayor Mirzəliyev Elgün Elman oğlunun iyun ayının 27- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Mirzəliyev Elgün Elman oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elgün qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Elgün Elman oğlu Mirzəliyev 1984-ci ilin iyun ayının 27 -də Cəbrayıl rayonun Sultanlı kəndində zəhmətkeş bir ailədə anadan olub. Elgün Mirzəliyevin dayısı müharibə veteranı- istefada olan kapitan Rəhim Haqverdiyevdə Daxili Qoşunlarda xidmət edib.
Mayor Elgün Mirzəliyev 2001-ci ildə Bakı şəhər 91 nömrəli tam orta məktəbi, 2006-ci ildə Daxili Qoşunların gizirlər məktəbini, 2010-cü ildə Daxili Qoşunların hərbi orta ixtisas məktəbi bitrib. ELigün Mirzəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən bir çox təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, müvafiq ixtisas artırma kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
2000-2002 -cı illərdə Din-in Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2002-2023-cü illərdə Daxili Qoşunların Şirvan şəhərində, Nərmanov, Hacıqabul və Bərdə rayonlarında yeləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib. Daxili Qoşunların hərbi hissələrinin birindən Xüsusi təynatlı dəstə komandirinin müavini vəzifəsindən ehtiyata buraxlıb.Hal- hazırda Elgün Mirzəliyev A.Plus Servis Şirkətində komendant vəzifəsində işləyir.
Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan mayor Mirzəliyev Elgün Elman oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,44 günlük Vətən müharibəsində dövlətətin ərazi bütövlüyünün təmin edilməsində (işğal altında olan Cabrayıl, Füzuli, Xocavənd rayonların və Şuşa şəhərinin azad olunmasında) üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.44 günlük Vətən müharibəsi iştirakcısı və mükafatcısıdır.
Hərbi yoldaşları Elgün Mirzəliyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və digər təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəqiqləndiyinə və digər xidmətlərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1991 - 2008)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2015 )” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4"Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Azərbaycan Respubilkasının ərazi bütövlüyünin təmin edilməsində, 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad olunmasında hərbi borucu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə mayor Elgün Mirzəliyev Azərbaycan Respubilkası Prezidentinin müvafuq sərəncamına əsasən aşağıdakı medallarla təltif edilib:
1.“Şuşanın azad olunmasına görə” medalı ilə;
2.” Vətən müharibəsi iştirakcısı” medalı ilə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ElGÜN !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder