Təbrik: Mayor Alahverdi Hacıyev - 65



 Ömrünün önəmli  bir hissəsini Daxili İşlər orqanlarındada və  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmətə sərf edən müharibə veteranmız – istefada olan mayor Alahverdi Hacıyevin iyun    ayının 29 -də dünyaya göz acdığı  gündür.
 Belə əlamətdar gün münasibətilə Alahverdi Hacıyevi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  hərbi vəzifəliləri, doğmaları, yaxlnları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömür  arzu edirlər.
Mayor Alahverdi Hacıyev  1959 – cu ilin iyun ayının 29 -da Azərbaycan Respublikasının Lənkaran rayonun Vilan kəndində  zəhmətkeş bir  ailədə  anadan olub.
1976-cı ildə Lənkaran rayonun Vilan kənd orta məktəbi, 1980 -ci  ildə Bakı Politexnik Kolleci (Texnikumunu),  1982 -ci ildə Barnayul şəhərində  SSRİ Daxili İşlər  Nazirliyin kicik  rəis heyəti  hazırlayan xüsusi polis məktəbini,1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin  Orlovski  şəhərində yerləşən xüsusi dövlət yol milis məktəbini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim toplanışlarında, xüsusi- taktiki təlimlərdə, komanda-qərargah məşğələlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1977-1979-ci illərdə Sovet ordusunun  Krasnoyarsk şəhərində yerləşən  hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1980-1981- ci illərdə Saratov və Barnaul şəhərlərində  avtomobil sahəsi üzrə təmir bazada və avtomobil zavodunda işləyib. 
1980- 1992 -ci illərdə Daxili İşlər Nazirliyin Barnayul şəhərində və   Dağlıq  Altay şəhərinin Koşaqan rayonunda yerləşən milis şöbələrində  müxtəlif vəzifələrdə  calışıb.
Alahverdi Hacıyev1993 - 2002-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Füzuli və Xətai rayolarında yerləşən hərbi hissələrində  taqım və bölük komandiri, tabor komandirinin müavini, təhqiqatçı, hərbi hissə komandirinin hüquq işlər üzrə baş köməkçisi vəzifələrində Millətə,Dövlətə, Vətənə  və Xalqa sədaqətlə xidmət edib
Hərbi və polis yoldaşları Allahverdi Hacəyevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış, qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına və Daxli işlər orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  yaşayış məntəqələrində    kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamani hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 
Mayor Alahverdi Hacıyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarındəqiq və sözsüz yerinə yetirilməsi işində  bir cox hərbi qulluqculara daimi nümunə olmuşdur.
Mayor Alahverdi   Hacıyev Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında və Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində Vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, polis şöbəsinin rəsinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə təltif olunub, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir

ALAHVERDİ MÜƏLLİM  65 İLLİK YUBLEY GÜNÜN MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages