İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Belə insanlardan biri də
Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli texnika şöbəsində və maddi texnik təminat idarəsində kargüzarlıq xidmətləri sahəsində öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20
ildən çoxunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində şərəfli xidmət yolu keçmiş- istefada olan baş gizir Mikayılzadə Könül Piri qızıdır.İyun ayının 16- da onun 59 yaşı tamam olur.
Daim həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Könül xanımı belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, iş yoldaşları,doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Könül xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və hal- hazlrda işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan Mikayılzadə Könül Piri qızı 1965- ci ilin iyun ayının 16 - da Qəbələ rayonunun Vəndam qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.
O,1982 -cu ildə Bakı şəhər 36 nömrəli orta məktəbi, 1990-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitunun Bakı fialını bitrib.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər Könül Piri qızı Mikayılzadə 1995- 2015 - ci illərdə Din-in Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli texnika şöbəsində və maddi- texniki təminat idarəsində məsul icracı vəzifələrində Millətə,Dövlətə Vətənə və Xalqa sədaqətlə xidmət edib.Könül xanım hal- hazırda Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsində işləyir.
Torpağına,xalqına bağlı gözəl xanım Könül Mikayılzadə Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Könül xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Mikayılzadə Könül Piri qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox həmkarları və iş yoldaşları
üçün nümunə olmuşdur.
Könül Mikayılzadə öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətlərə görə 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991 -2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.
KÖNÜL XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder