Təbrik : Kapitan Vahid Məmmədov- 66

 


İnsan ücün ən yaddaqalan günlərdən biri də onun doğum günüdür.Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də-istefada olan kapitan Məmmədov Vahid  Ənvər oğludur.  İyun ayın 1 -də  onun 66 yaşı tamam olub.Belə bir əlamətdar yubiley günü
münasibətilə Vahidi Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən  təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən naliyyətlər arzu edib deyirlər, Vahid müəllim qoy yaşının üstə gələn bu yaş sizə sevincdolu illər  bəxş etsin,hər yeni  günüz  isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
      
Məmmədov Vahid Ənvər oğlu  1958 - ci ilin iyun ayının 1- də  Azərbaycan Respublikası Tərtər rayonunun Mamırlı kəndində zəhmətkeş ailədə anadan olub.
1975 -ci ildə  Bərdə rayonun Kələntərli kənd orta məktəbi, 1981 - ci ildə isə  Moskva şəhərində Kənd Təsərrüfatı İnstitutunu  bitrib.
1976-1978 - ci illərdə  Sovet Ordusunun Özbəkistan Respublikasında yerləşən hərbi hissələrinin birində  müddətli həqiqi hərbi xidmətdə olub.
1991-1993-cü illərdə Özünün Müdafiə Könülər Taborunun komandiri, Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində böluk və tabor komandiri,  1993 - 1995-ci illərdə isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Hacıqabul  və Füzuli rayonları ərazisində yerləşən hərbi hissələrində idman və fiziki hazırlıq rəisi,  tabor komandiri vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa  sədaqətlə xidmət edib
 1981 – 1990-cı illərdə Azərbaycan Respublikasının Bərdə rayonunda  «Karate» üzrə məşqçi işləyib. Özü «Karate» üzrə   dəfələrlə Ölkə və  SSRİ  çempionatının qalibi olub.  İdman ustasıdır. Vahid Məmmədovun  karate üzrə məşq edirdikləri bir çox idmançılar Ölkə, Avropa  cempionatlarının  və Beynəlxalq turnirlərin qalibi (mükafatcısı) olub.
 Vahid  Ənvər oğlu  Məmmədov 1991 - 1995  -ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə və Füzuli rayonları istiqamətndə) gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.
   Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində ,şəhərdə, yaşayış məntəqələrində  və kütləvi  tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və təmin edilməsində, yaşayış məntəqələrində   kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
    
 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
     Hərbi yoldaşları  Vahidi  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə bir cox  fərmanlarla, diplomlarla,qiymətli hədiyyələrlə,  əla xidmətlərə döş   nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
VAHİD  MÜLLİM 66 YAŞIN MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Resıubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages