Peşəkarlığı,insanpərvərliyi,iradi işgüzarlığı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən,ehtiyada olan kapitan Mürsəlov Ramin Murad oğlunun iyun ayının 25- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan kapitan Mürsəlov Ramin Murad oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ramin qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərnizə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Mürsəlov Ramin Murad oğlu 1977-ci ilin iyun ayının 25 -də Bakı şəhərində peşəkar hərbici ailəsində anadan olub.Əslən İsmayılı rayonun Həftəsov0 kəndindəndir. Atası Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik leytenat Murad Mürsəlov uzun müddət Daxili Qoşunlarda xidmət edib,Respubilka Prokurorluğun atəş trində calışıb.
Kapitan Muradov Ramin Murad oğlu 1994-ci ildə Xətai rayon Genral M.Əsədov adına 29 nömrəli tam orta məktəbi, 1998-ci ildə Daxili Qoşunların tədris mərkəzində gizirlər kursnu,1999-cu illərdə isə zabit heyətinin hazırlığı kursnu bitrib.Ramin Mursəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən bir çox təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1996- 1997-ci illərdə Din-in Daxili Qoşunları Binəqədi rayonunda və Gəncə şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.
Kapitan Ramin Muradov Daxili Qoşunların hərbi hissələrində silah anbarının rəisi,taqım komandiri və bölük komandiri vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan kapitan Mürsəlov Raminn Murad oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün tam təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Ramin Mürsəlovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və orta ixtis təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, tədris mərkəz rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RAMİN !
BÜTÜN ARZULARIN ÇİN OLSUN
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder