Təbrik: general -mayor Ramiz Məmmədov- 84:Şərəfli ömür yolu.




Daxili İşlər Orqanlarının və Daxili işlər nazirliyi  (Din-in) Daxili Qoşunlarının həyatında  öz dəst- xətti və xüsusi xidmətləri olan peşəkarlığı,dərin zəkası, səmimiyyəti işgüzarlığı, yüksək intellektual səviyyəsi, böyük idarəçilik və təşkilatclıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Orqanlarında  və Daxili Qoşunlarda kecirən hörmətli veteranmız-istefada olan general- mayor Ramiz Xosrov oğlu  Məmmədovun iyun ayının 12 -də 84 yaşı tamam oldu. Bu bahar təravətli yaz günündə Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarında  xüsusi xidmətləri olan, sayagəlməz uğurları ilə şöhrət qazanan Daxilili İşlər Nazirinin müavini və Daxili Qoşunlar komandanı vəzifələrində xidmət etmiş -istefada olan genral- mayor Məmmədov Ramiz Xosrov oğlunu belə bir əlamətdar gün münasibətilə,Daxili Qoşunların Komandanlığı, Daxili işlər nazirliyin  və Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara möhkəm cansağlığı,həyat  yollarında uğurlar arzu edib deyirlər, Ramiz müəllim qoy yaşınızın üstə gələn bu  yaş da sizə sevincdolu günlər bəxş etsin.
General-mayor Ramiz Məmmədov Ulu Öndərin ideyalarına, dövlət basçımızın yürütdüyü uğurlu siyasətə, dovlətçiliyə sadiq, hər zaman sözü ilə əməli bir olan, ali zabit kimi  tanınır.Hörmətli komandanmız Ramiz Məmmədov  1990- 1992- ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Goronboy, Tərtər, Kəlbəcər, Laçın, Susa, Ağdərə və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqları  öhtəsindən layiqınca gəlmişdir.Bundan əlavə, Ramiz Məmmədov 1993 -1994 - cü illərdə horadiz istiqamətində gedən döyüşlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və polis (dövlət yanğından mühafizə xidməti) quruplaşmasının hücum əməliyyatının işləyib hazırlanmasına, döyüş hərəkətlərin  idarə olunmasına bilavasitə rəhbərlik etmişdir. Bu uğurlu hücum  əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 11 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.

Genral mayor Ramiz Məmmədov, Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyinə ,  və Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsəsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, eyni zamanda daxili İslər nazirinin müavini və daxili qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin - amanlğın təmin edilməsində, diqqətə layiq xüsusi rolu olub.  
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən doyüşlərdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Genral-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarında, Daxil Qoşunlarda və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçib.Millətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Səmimi, xeyirxah və ziyalı insan- istefada olan general-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra orden və medallarla , əla xudmətlərə  görə   və yubiley döş nişanları ilə təltif olunub,bir cox  fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan  olunub.
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages