Suya atılarkən başı daşa dəyən gənc öldü


Suya atılarkən başı daşa dəyən gənc öldü

Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal"ın report-a istinadən məlumatına görə, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.


Belə ki, orada istirahət edən 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya atılan zaman başı daşa dəyib. Ağır xəsarət onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages