Suraxanı rayonunda qayınanasını və qaynını yüksək səslə söyən kişi saxlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, 37 yaşlı Z. Əkbərov Bülbülə qəsəbəsində yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib.
Saxlanılan şəxs mübahisə zamanı qonşuların və yoldan keçənlərin eşidə biləcəyi şəkildə qayınanasını və qaynını söyüb.
Əraziyə gələn polis əməkdaşları Z.Əkbərovu bölməyə aparıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.
İnzibati xəta törədən şəxs məhkəmədə hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, əməlindən peşmanlığını bildirib.
Hakimin qərarı ilə Z.Əkbərova 10 sutka həbs cəzası verilib.
Hiç yorum yok:
Yorum Gönder