Bacarıqlı həkim-tibb xidməti polkovnik- leytenatı Xanımzər Nabatəliyevanın 10 iyun doğum günüdür.Xanımzər həkim əgər yaşasaydı iyun ayının 10-da onun 69 yaşı tamam olacaqdı.
Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən qızlardan biri də Daxili İşlər Orqanlarında,Azərbaycan Ordusunda və Daxili işlər nazirliyi Daxili Qoşunlarında şərəfli xidməti yolu keçmiş- tibb xidməti
polkovnik- leytenantı Nabatəliyeva Xanımzər Cəmil qızıdır. Xanınzər xanım öz işində əzimkar bilikli, işgüzar, obyektiv,pirinsipial,qayğıkeş,xeyirxah, vətənpərvər və təvazökar insan, fədakar və əvəzsiz həkim kimi tanımışdır.Xanımzər xanım əməli işi insanlıq naminə fədakarlığı ilə urəklərdə əbədi yaşayan, Azərbaycan qadınına xas bir çox nəcib xüsusiyyətləri öz şəxsiyyətində birləşdirən yüksək dərəcəli həkim,cafakeş el anas idi. Xanımzər xanımın sadalanan bütün müsbət keyfiyyətləri bir tərəfdən öz zəhməti, biliyi,təcürbəsi və əməyi ilə qazanmışdır.
Nabatəliyeva Xanımzər Cəmil qızı 1955-ci ilin iyun ayının 10-da Naxcıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd- Şahbuz kəndində ziyalı bir ailədə anadan olmuşdur.Xanımzər xanım 2012-ci ilin avqust ayında səhər xidməti iş yerinə gedərkən yol- qəzası nəticəsində ağır yaralanmış və həmin ilin sentyabr ayının 5 -də Bakı şəhərində vəfat etmişdir.
Xanımzər Nabatəliyeva 1972-ci Şahbuz rayonun C.Məmmədquluzadə adına Şahbuz qəsəbə tan orta məktəbi, 1981-ci ildə Nərman Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “Sanitariya -giyeyena” fakultəsini bitirmişdir.Xanımzər həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir necə dəfə Azərbaycan Respubilkasının Sahiyyə Nazirliyi Dövlət həkimlərin təkmilləşdirmə İnstitutunda ixtisas artırma kurslarında olmuşdur.
Sakit təbiətli, öz işinin peşəkarı olan,yalnız qərarı qəbul etməyi bacaran Xanımzər həkim 1972-1973 -cü iilərdə Sahbuz rayon baytarlıq şöbəsində sanitar işləmişdir.1981-1983-cü illərdə Şahbuz rayonunda həkim- parazitoloq vəzifəsində olmuşdur.Həyat yoldaşının iş yerini dəyişməsi ilə ələqədar 1983- 1990 -cu illərdə SSRİ Daxili işlər nazirliyin Komi ASSR-də yerləşən islah- əmək müəsissələrinin poliklinikasında və idarəsində həkim (zabit) kimi calışmışdır.1990-1994 - cü iilərdə Azərbaycan Ordusunun döyüş bölgələrində və Naxcıvan şəhərində yerləşən hərbi hissələrində tibb xidmət rəisi vəziələrində olmuşdur.1995- 2012-ci illərdə Daxili Qoşunların Naxcıvan şəhərində yerləşən hərbi hissədə tibb xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsində isə Sanitar- epidemillogiya dəstəsinin ilk rəisi vəzifəsində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.Xanımzər həkim Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzidə Qadınlar şurasının sədri, 2008 - ci ildə isə Azərbaycan Qadınlar qurultayının iştirakcısı olmuşdur.
Xanımzər Cəmil
qızı Nabatəliyeva Daxili işlər nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan,yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti, humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi, səmimiyyət, dəqiqliyi, təmkinliyi və təşkilatçılıq bacarığı ilə seçilən ömürünün ən məhsuldar dövrünün 28-ildən cox şərəfli xidmət yolunu Daxili İşlər Orqanlarında, Azərbaycan Ordusunda Din-in və Daxili Qoşunlarda xidmətdə kecirmişdir.
Xanımzər həkim öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi nümünə olnuşdur.“Hippokrat”andı içən Xanımzər həkim, icdiyi anda həmişə sadiq qalmışdır.
Səhiyyə fədası,cəfərkeş həkim Xanımzər Nabatəliyeva Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz ixtisası üzrə müxtəlif televiziya və radio verlişlərində cıxışları olub,dövri mətubu orqanlarında vaxtaşırı bir cox məqalələri dərc edilmiş, sanitar -epidemillogiya sahəsi üzrə bir sıra metodiki vəsaitlərin müəllifi olmuşdur.
Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə , Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir
Ali dərəcəli tibb xidməti polkovnik leytenatı Nabatəliyeva Xanımzər Cəmil qızı öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilmişdir:
1."Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 1-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-iliyi (1991-2001)”yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)”yubiley medalı ilə.
Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində,hərbi vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respubilkasının Prezidendi İlham Əliyevin 2005-ci il 6 may sərancamına əsasən “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdur.
Xanımzər həkimin ölümündən necə illər ötür ötsün, fərqi yoxdur -qoyub getdiyi ədəbi irs,xalqmızın,vətənmizin yolunda göstərdiyi fədakarlıq onu zirvələrə qaldırmış, əbədi yaşarlığa qovuşdurmuşdur!
Hal-hazırda haqq dünyasında olan polkovnik leytenat Nabatəliyeva Xanımzər Cəmil qızının əziz ruhu hər zaman onu tanıyanların,sevənlərin yadaşında hafizəsində yaşayacaq.Onun əziz xatirəsi yaxınlarının, dost tanışlarının, iş yoldaşlarının, həmçinin Respubilka ictimayyətin yadaşında həmişə yaşayacaq, daimi hörmətlə xatırlanacaq və yad ediləcəkdir.
Belə vicdanlı qızları ilə tanınır Vətən.!
XANIMZƏR XANMA
ALLAH RƏHMƏT ELƏSİN.
RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musaye
Hiç yorum yok:
Yorum Gönder