Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Valeriy Gerasimov haqqında həbs qərarı çıxarıb.
“Bakmiltv.info”nun məlumatına görə, bu barədə bəyanat ICC-nin saytında dərc edilib.
Sənəddə deyilir ki, bu şəxslərin Rusiya Silahlı Qüvvələri tərəfindən 2022-ci ilin oktyabrın 10-dan 2023-cü ilin martın 9-na qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə görə məsuliyyət daşımaları ilə bağlı ciddi əsaslar var.
Xatırladaq ki, cari ilin mayın 12-si Rusiya Prezidenti Vladimir Putin Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən azad edərək Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. O bu vəzifədə Nikolay Patruşevi əvəz edib.
MN rəhbərliyinə isə Andrey Belousov gətirilib.
Hiç yorum yok:
Yorum Gönder