Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı əlillərə qan uddurur.





2021 ci ildə Azərbaycan Respublikasının Prezidentinin  müvafiq sərəncamı ilə Şəmkir Rayon İcra  Hakimiyyətinin başçısı təyin edilən Rəşad Tağıyev keçmiş başçı Alimpaşa ənənələrini nəinki davam etdirir hətta səlahiyyət sahiblərini əlil ,kasıb insanları təhqir etməsini təbliğ edir.Rayon ərazisində yaşayan əlil övladları olan valideynlərinin müraciətlərinə əsasən araşdırma apardıq.İcra hakiminin köməkçisi Mahir müəllim  ən kobud ifadələrlə bizi qarşıladı.Az qala vurmaq istəyirdi....
Məsələ bu cürdür:İllərdir Şəmkir rayonunda  autizmli və digər nevroosixoloji sindromlu uşaqlara maddi ,mənəvi və psixoloji dəstək göstərən Autizmlə Mübarizə İB nın nümayəndəliyi fəaliyyət göstərir.Nümayəndəlik müəyyən layihələr çərçivəsində bayram günlərində və digər günlərdə siyahıya alınmış əlil insanlarla görüş keçirir.Onlara ehtiyacları olan maddi dəstəyi göstərirlər.Əlil insanların çoxunun əlil arabasına və digər əlil avadanlıqlarına böyük ehtiyacı olur.İndiyədək İB öz daxili imkanları və əlilin müvafiq sənədləri əsasunda Əlillərin Bərpa Mərkəzindən  100 lə əlilə əlil arabaları və digər avadanlıqları səyyar şəkildə çatdırmışdır.Autizm ,daun və digər nevropsixoloji sindromlu uşaqların bürokratik əngəllərə məruz qalaraq əlillik almalarını təmin etməyən qurumlarla hüquqi söhbətlər və araşdırmalar aparılaraq onların əlillik statusları bərpa edilmişdir.
 İB-in sədri Çiçək Məmmədli illərdir keçmiş İcra Başçısı Alimpaşa müəllimin hakimiyyətdə olan vaxtlarından xirda qərargah tikmək üçün İcra Hakimiyyətinə yazılı müraciətlər edir.Müxtəlif bəhanələrlə başından rədd etmək tapşırığı alan digər nümayəndələr gah yazılı gah şifahi cavablar vermişlər.Amma indiki başçı Alimpaşa ənənələrini tamam başqa cür davam etdirir.Belə ki,İcra Hakimiyyətinin rəsmi elektron poçtuna İB tərəfindən  daxil olmuş ərizəyə və eyni zamanda həmin ərizənin Rayon nümayəndəli tərəfindən əlbəəl çatdırılmasına baxmayaraq cavab verilmir .Deyilənə görə bu təzə İcra Başçısının tapşırığıdir. Başçının köməkçisi Mahir müəllim təhqiramiz ifadələrlə nə p..a keçmişik deyə bağırırdı.Onlara autizm və digər nevropsixoloji sindromlarla daha geniş tanış olmaları üçün maarifləndirici vəsaitlər təqdim etsək də istəmədilər.
Yeni İcra başçısı Alimpaşa ənənələrini davam etdirməsinə Sadiq qalaraq illərdir Qəsəbə nümayəndəliklərini zəbt etmiş ,xalqın nifrətini qazanmış yaşlı məmurları ,bələdiyyə nümayəndəliklərini tərptmir.Onun nəticəsidir ki,Şəmkir Rayon Düyərli Bələdiyyəsinin sədri içki düşkünü,qumar aludəçisi Samir İsgəndərov deyir İcra Başçısı alverə məşğuldur .Boş torpaq sahələrini satır.Sənədləşmə işlərini də özü aparır.Bir sözlə Autizmlə Mübarizə İB sədri Çiçək Məmmədli bir aya yaxın çalışdı İcra Başçısının qəbuluna düşə bilmədi.Müavinlər də dedi ki,bu cür münasibət bizlik deyil ,biz belə tapşırıq almışıq.Deyilənə görə Təzə İcra Başçısı heç bir mediadan çəkinmir və arxalı olduğunu vurğulayır.


Hiç yorum yok:

Yorum Gönder

Pages