ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ




05.06.2024 çü il  “ANIM GÜNÜ ”

 Azərbaycan Vətən evladının Neftçala rayonu Qaraqaşlı kəndinin Qəhraman Evladı Şəhid Rəhimov İnqilab Həsən oğlunun  “ANIM GÜNÜDÜR ”

Şəhid Rəhimov İnqilab Həsən oğlu 01.03.1974-çü ildə Neftçala rayonu Qaraqaşlı kəndində anadan olmuş və Salyan şəhər 2 saylı orta məktəbini bitirmişdir.
Şəhid Rəhimov İnqilab Həsən oğlu 1993-cü ildə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, 708 saylı H/hissədə xitmet etmış və cəbhənin ön xəttində gedən döyüşlərdə göstərdiyi şücaətə görə həmişə seçilmişdir. 
Şəhid Rəhimov İnqilab Həsən oğlu Ağdamın müdafiəsində xüsusi igidliklər göstərmişdir. Mərzili və Çıldıran döyüşlərində 2 dəfə ağır yaralansa da müalicə alıb yenidən döyüşlərə qatılmışdır.
Şəhid Rəhimov İnqilab Həsən oğlu  05.06.1994-cü ildə şəhidlik zirvəsinə ucalmışdır. Qaraqaşlı kənd məzarlığında dəfn edilib. 

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages