ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ




03.06.2024 çü il
 Azərbaycan Vətən evladının   Xaçmaz rayonunun Qəhraman Evladı Azərbaycanın Milli Qəhrəmanı. Şəhid Koroğlu İsmayıl oğlu Rəhimovun  Şəhidlik Məqamına Catdığı Günüdür.
“ ANIM GÜNÜ ”
Koroğlu İsmayıl oğlu Rəhimov - (31 oktyabr 1953, Xaçmaz, Vartaşen rayonu – 3 iyul 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant, "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri.
Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur.[1] Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2] Bakıda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages