Bu gün — Azərbaycanın Milli Qəhrəmanı Anatoli Nikolayeviç Davidoviçin “ ANIM GÜNÜDÜR”
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Həyatı - Slutsk. - Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib
1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.
Döyüşlərdə iştirakı - "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu. Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.
Milli Qəhrəman -- Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xatirəsi -- Gəncədə küçəyə mayor Davidoviç adı verildi, həmin küçədə barelyefi qoyuldu (10 aprel 2015)
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından, _ANIM GÜNÜNÜ _ Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov
Hiç yorum yok:
Yorum Gönder