Şəhid Həsənqulu Qasımovun doğum günüdür!




İyun ayının 9-u Qubadlı rayonunun yetirməsi, "Azərbaycan bayrağı" ordenli şəhid Həsənqulu Qaçay oğlu Qasımovun doğum günüdür. H.Qasımov I Vətən müharibəsinin iştirakçısıdır. Onun iki qardaşı-Əhliyyət və Faiq də I Vətən müharibəsində könüllü olaraq iştirak edib.Həsənqulu 1992-ci il dekabrın 10-da Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin müdafiəsi zamanı şəhid olub. Faiq Qasımov isə həm I, həm də II Vətən savaşında iştirak etdi və 2020-ci il sentyabrın 29-da Füzuli bölgəsində gedən ölüm-dirim savaşında şəhid oldu. Həsənqulu Qasımov "Azərbaycan bayrağı" ordeninə, Faiq Qasımov isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.Həsənqulunun böyük qardaşı, müharibə veteranı Əhliyyət xəstəlik səbəbindən dünyasını dəyişib.
Həsənqulunun böyük bacısı Ruqiyyə tibb bacısı kimi Qubadlı rayon Mərkəzi Xəstəxanasında çalışırdı. O, ağır yaralıların sağalmaları üçün var qüvvəsilə çalışıb.
Biz, Qubadlı rayonunun Qayalı kənd sakini, el ağsaqqalı, Həsənqulunun böyük qardaşı Gəray Qasımov və onun ömür-gün yoldaşına başsağlığı veririk. Xatırladırıq ki, Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etmiş, 1990-1991-ci illərdə Xocalının müdafiəsində dayanmış Əhliyət Qasımov da təpədən dırnağa kimi qorxmaz, cəsur və vətənpərvər döyüşçü idi.
Allah-Təala onların valideynləri-Qaçay əmi və Həmayıl xalanın, həmçinin, Əhliyyət, Həsənqulu və Faiqin şəxsində cəmi dünyasını dəyişənlərimizin ruhlarını şad eləsin.Amin.
Şəkildə:soldan sağa-bölük komandiri Həsənqulu Qasımov və jurnalist Şamil Sabiroğlu. Şəkil 1992-ci ilin yayında lentə alınıb.

Şamil Sabiroğlu,
Əvəz Bəşiroğlu.
Bakı, 09.06.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages