19 yaşlı şəhid Xətai Həsənovun yaşı az olsa da, ölümü ilə ən şəhidlik zirvəsinə ucalıb. Qorxub-çəkinmədən düşmənlə döyüşdü, Vətən torpaqlarını canından əziz tuttu.
Xətai Həsənov 2001-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 3 bacısından sonra evin tək oğlan övladı olub. Döyüşlər başlamazdan öncə hərbi xidmətə yollanıb. İkinci Qarabağ savaşına qatılaraq mərdliklə düşmənə qarşı vuruşub. Şəhidlik zirvəsinə ucalmazdan öncə Ağdarə, Cəbrayıl və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Ailəsi ilə sonuncu dəfə oktyabrın 30-u, yəni ölümündən bir gün öncə danışıb. Şəhid Xətai Həsənov anası Qabilə xanıma "mənimlə fəxr edəcəksiniz” deyib.
Şəhid Xətai Həsənovun anası deyir ki, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub. Daima hərbi formalar geyinər, hər zaman hərbi sahəyə maraq göstərərdi. Lakin evin tək övladı olduğundan ailəsi onun hərbçi olmağına razı olmayıb. Xətai Həsənov Ağdam rayonunun Qaraqoyunlu kəndində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla nəinki ailəsi, bütün Azərbaycan xalqı fəxr edir. Məlumat üçün bildirək ki, Xətai Həsənov son 30 ildə Tovuz rayonunun Qovlar qəsəbəsinin ilk şəhididir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xətai Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Xətai Həsənov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Hiç yorum yok:
Yorum Gönder