Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi Gənclər paytaxtı olan Lənkəranda keçirilib. Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsində Gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, tərəfdaş qurumların rəhbər nümayəndələri, qonaqlar və 200-dən çox gənc iştirak edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə keçirdiyi yarışda ümumilikdə 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Nəticələrə görə 1-ci yerə Xaçmaz, 2-ci yerə Oğuz, 3-cü yerə isə Sabunçu rayon komandaları layiq görülüblər. Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Hiç yorum yok:
Yorum Gönder